Yuxarı

Ələt-Astara yolunda mikroavtobus aşdı: 7 yaralı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallıda ağır yol-nəqliyyat qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə noyabrın 24-də saat 11.55 radələrində Ələt-Astara magistralının 157-ci kilometrliyində, Təzə Alvadı kəndi ərazisində qeydə alınıb.

Masallının Çaxırlı kənd sakini, 1961-ci il təvəllüdlü Məharət Xamməd oğlu Xancanovun idarə etdiyi "Mersedes" markalı, 10 ME 461 dövlət nömrə nişanlı sərnişin mikroavtobusu qəfildən idarəetməni itirərək yolun kənarına aşıb.

Nəticədə sürücü də daxil olmaqla daha 6 sərnişin – Masallının Çaxırlı kənd sakinləri, 1985-ci il təvəllüdlü Babək Allahverdi oğlu Məmmədov, 1972-ci il təvəllüdlü İlhamə Allahyar qızı Rəhimova, 1968-ci il təvəllüdlü Sirac Əvəz oğlu Alışov, 1959-cu il təvəllüdlü Aidə Vəli qızı Qurbanova, 1999-cu il təvəllüdlü Cavad Sirac oğlu Məmmədov və 1991-ci il təvəllüdlü Musa Şahmar oğlu Talıbov müxtəlif dərəcəli bədən xəsarətləri ilə təcili yardım maşınında Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Zərərçəkmişlərə müvafiq tibbi yardım göstərilib. Onlardan 5 nəfəri ambulator müalicəyə buraxılıb.

Mikroavtobusun sürücüsü və sərnişin Musa Talıbov isə stasionar müalicəyə cəlb olunub

İlkin versiya kimi hadisənin nəqliyyat vasitəsinin texniki nasazlığı səbəbindən baş verdiyi bildirilir.

Qəzanın dəqiq başvermə səbəbləri ekspertizanın çıxaracağı yekun rəydən sonra məlum olacaq.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

Tarix
2016.11.24 / 15:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla