Yuxarı

Zakir Həsənov Qətər səfiri ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 25-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Qətər Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yusif bin Həsən Əl-Saai ilə görüşüb.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir ona Azərbaycan ilə Qətər arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

Azərbaycan-Qətər münasibətlərinin genişləndirilməsində ölkə rəhbərlərinin səylərini xüsusi vurğulayan nazir ölkələrimiz arasında hərbi sahədə də əlaqələrin uğurla inkişaf etdiyini deyib.

Diplomat isə öz növbəsində dost və qardaş olan Azərbaycanda səfir kimi fəaliyyətə başlamasından məmnun olduğunu, ölkələrimiz arasında əlaqələrin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə ölkələrimiz arasında mövcud əlaqələr, o cümlədən hərbi sahədə əməkdaşlığın perspektivləri, regional təhlükəsizlik, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Tarix
2016.11.25 / 13:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla