Yuxarı

“Kitayski yumurta” iddiasına “Araz”dan cavab

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Araz Supermarketlər Şəbəkəsində satılan kənd təsərrüfatı məhsullarının əksəriyyəti yerli istehsalçılardan tədarük olunur və bu məhsulların daim təzə, ekoloji cəhətdən təmiz olmasına diqqət edilir.

“Veysəloğlu” şirkətindən Axar.az-a verilən məlumata görə, Feysbuk sosial şəbəkəsində Təranə Musayeva adlı istifadəçi şəxsi profilində Araz Supermarketlər Şəbəkəsindən aldığı yumurtanın süni olduğunu iddia edərək video və foto görüntü yayıb. Bəzi media orqanlarında Təranə Musayeva ATV kanalının əməkdaşı kimi təqdim olunub, ancaq ATV rəsmi açıqlamasında belə bir əməkdaşının olmadığını bildirib.

Yayılan şikayətlə bağlı Araz Supermarketlər Şəbəkəsinin keyfiyyətə nəzarət şöbəsi dərhal operativ reydlər və araşdırma aparıb, supermarketlərdən götürülən nümunələr yoxlanılıb. Lakin qeyd olunan şikayət öz təsdiqini tapmayıb. Bununla bağlı müştəri ilə əlaqə saxlanılaraq aidiyyəti qurumlara təqdim olunması üçün nümunə istənilib, lakin müştəri nümunə verməyəcəyini bildirib. Eyni zamanda müştəri yumurtanı 10 gün əvvəl aldığını və hələ də qablaşdırmada olduğu kimi qaldığını söyləyib.

Videogörüntüdə isə süni olduğu iddia olunan yumurtada normal yumurtadakı kimi rüşeyim olduğu görünür. Bu da bir daha iddianın əsassız olmasını sübut edir.

Qeyd edək ki, Araz Supermarketlər Şəbəkəsində istehlakçılara təqdim olunan bütün kənd təsərrüfatı məhsulları dövlət orqanlarının müvafiq labaratoriyalarında yoxlandıqdan sonra alıcılara təqdim olunur. Bundan başqa istehsalçılardan tədarük edilən hər bir məhsulun uyğunluq sertifikatı və ya aidiyyəti dövlət orqanlarının icazə sənədi tələb olunur. Araz Supermarketlər Şəbəkəsində satılan bütün yumurtalar yerli istehsaldır və bu yumurtalar əsasən Giləzi Quşçuluq MMC-dən, qismən də Hacıqabul Quşçuluq MMC-dən alınır. Alınan bütün məhsulların Milli Sertifikatlaşdırma Mərkəzinin uyğunluq sertifikatı və Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən alınmış gigiyenik sertifikatı vardır.

Araz Supermarketlər Şəbəkəsinin keyfiyyətə nəzarət şöbəsindən verilən məlumata görə, marketdə satılan yumurtalar hər gün müəyyən qədər paketlənərək vitrinlərə yığılır. Bu prosesə supermarketin kənd təsərrüfatı şöbəsi nəzarət edir. Müştərilər aldıqları yumurta paketlərini soyuducuda streçlənmiş şəkildə deyil, açıq şəkildə saxlamalıdırlar. Çünki streçlə paketlənmiş yumurta iki gün ərzində keyfiyyətini itirə bilər. Bu zaman həmin yumurtalarda bərkimə prosesi gedir. Buna görə də müştərilərimizə tövsiyə edirik ki, bu kimi halların yaşanmaması üçün məhsulların saxlanma qaydasına diqqət etsinlər.

Araz Supermarketlər Şəbəkəsinin bütün müştərilərindən xahiş edik ki, bu və ya digər hallarla rastlaşdıqda qaynar xəttimizə - 012 924 zəng edərək məlumat versinlər. Araz Supermarketlər Şəbəkəsi sosial şəbəkə olan Feysbukda da hər zaman vətəndaşların xidmətindədir, onları maraqlandıran bütün sualları cavablandırmağa hazırdır.

Tarix
2016.11.26 / 12:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla