Yuxarı

2 marşrutun hərəkət istiqaməti dəyişdirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının marşrut şəbəkəsinin optimallaşdırılması işləri çərçivəsində paytaxtın inzibati ərazisində fəaliyyət göstərən 2 və 7 nömrəli müntəzəm şəhərdaxili marşrut xətlərinin hərəkət istiqamətində dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən Axar.az-a verilən məlumata görə, dəyişikliyə əsasən, 2 nömrəli marşrutun hərəkəti noyabrın 30-dan dəyişdirilərək Ziya Bünyadov prospekti 36, Daxili İşlər Nazirliyinin Respublika Hospitalının qarşısına qədər qısaldılıb və son dayanacaq həmin ərazi təyin edilib. Dəyişiklikdən əvvəl 2 nömrəli marşrut xətti üzrə avtobusların son dayanacağı kimi “Azadlıq” və “Ziya Bünyadov” prospektlərinin kəsişdiyi ərazi müəyyən edilmişdi. Lakin bu dayanacaqlar günün pik saatlarında həmin yolda avtonəqliyyat vasitələrinin hərəkətində sıxılığın yaranmasına səbəb olurdu.

Bununla yanaşı, məlum dəyişikliyin digər bir səbəbi isə sərnişin axının vəziyyəti ilə bağlıdır. Belə ki, aparılan təhlillər nəticəsində son dayanacaq olaraq müəyyən edilən yeni ərazidə sərnişin axını daha çoxdur.

7 nömrəli marşrutun hərəkət trayektoriyası da noyarın 30-dan dəyişdirilərək 9-cu mikrorayon Həmzə Babaşov- İlqar Cümşüdov küçəsi-Cavadxan küçəsi ilə, Abbas Mirzə Şərifzad küçəsi istiqamətində-Nazim Hikmət küçəsi- Əbdürrəhimbəy Haqverdiyevə küçəsi, əks istiqamətdə Hüseyn Cavid prospekti- Həsən Məcidov küçəsi– Əhməd Cəmil– Əbdürrəhimbəy Haqverdiyev küçəsi olmaqla müəyyən edilib. Bu dəyişikliyin edilməsinin əsas səbəbi isə bəzi küçə və prospektlərdə hazırkı hərəkət trayektoriyası ilə yol hərəkəti qaydaları arasında uyğunsuzluğun olmasıdır.

Tarix
2016.11.28 / 10:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla