Duzlu yemək də xərçəng yaradır - Onkoloq
01:51
Ana səhifə Toplum |
Göygöl rayonunda vətəndaşdan 18 kiloqram narkotik maddə aşkar edilib.
DİN-dən Axar.az-a verilən məlumata görə, Göygöl RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Balçılı kənd sakini İlqar Əliyevdən 45 qram marixuana götürülüb.
Onun evinə baxış zamanı əlavə olaraq 7 kiloqram 285 qram marixuana, 5 kiloqram 62,68 qram xaşxaş və 6 kiloqram xaşxaş toxumu, həyətyanı sahədən isə kultivasiya yolu ilə yetişdirilmiş 1 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Tarix
2016.11.28 / 14:27
|
Müəllif
Axar.az
|