Yuxarı

Saxta avro satışı ilə məşğul olanlar saxlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları ölkənin maliyyə sisteminə ciddi təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib.

DİN-in mətbuat xidmətindən Axar.az-a verilən xəbərə görə, Baş İdarəyə 3 nəfərdən ibarət cinayətkar dəstənin qeyri-qanuni yolla ölkəmizə külli miqdarda saxta xarici valyuta olan avro keçirmələri, o cümlədən həmin əsginasların satış ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olub.

Həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində həmin dəstənin üzvləri - Ukrayna vətəndaşı Valentina Bilik, Gürcüstan vətəndaşı Taleh Nayibov və Abşeron rayon sakini Kamandar Əmirov Bakı şəhərində ayrı-ayrı şəxslərə saxta 500 avroluq əsginaslar satan zaman saxlanılıblar.

Onların üzərinə baxış keçirilən zaman əlavə olaraq 9500 avro məbləğində saxta pul aşkar olunaraq götürülüb.

Keçirilən ekspertiza zamanı müəyyən edilib ki, aşkar edilən saxta avrolar həqiqi əsginaslardan heç də çox fərqlənmir və onların müdafiə nişanları xüsusi üsullarla saxtalaşdırılıb.

Dəstə üzvləri bildiriblər ki, saxta pul əskinaslarını paytaxt ərazisində və respublikanın rayonlarında fəaliyyət göstərən ticarət mərkəzlərində, əhalinin sıx olduğu yerlərdə satıb həqiqi valyutaya çevirəndən sonra ölkə ərazisini tərk etmək niyyətində olublar.

Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.

Tarix
2016.11.29 / 15:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla