Yuxarı

Azərbaycanla Çexiya arasında memorandum imzalanacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çexiya Sənaye və Ticarət Nazirliyinin xarici iqtisadi siyasət departamentinin direktoru Martin Pospişil və Azərbaycanla Çexiya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə birgə komissiyanın məsul katibi Olqa Kalinova və səfir Vitezslav Pivonkadan ibarət nümayəndə heyəti Energetika Nazirliyində olub.

Nazirliyin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, energetika nazirinin müavini Natiq Abbasovun iştirakı ilə keçirilən görüşdə “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Çexiya Sənaye və Ticarət Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”na dair müzakirələr aparılıb. Bildirilib ki, sənəd imzalanmaq üçün hazırdır və Anlaşma Memorandumunun Azərbaycan və Çexiya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə birgə komissiyanın 17-19 yanvar 2017-ci il tarixində Bakıda keçirilməsi nəzərdə tutulan növbəti iclası çərçivəsində nazirlər səviyyəsində imzalanması planlaşdırılır.

M.Pospişil ölkəsinin enerji təchizatında mühüm mövqeyə malik Azərbaycanın enerji daşıyıcılarının diversifikasiyasında strateji tərəfdaş olduğunu deyib. Onun sözlərinə görə, Anlaşma Memorandumunun imzalanması ilə enerji əməkdaşlığının daha da dərinləşdirilməsi üçün əlavə imkanlar yaranacaq.

N.Abbasov da Azərbaycanın Çexiya ilə enerji əməkdaşlığının inkişafında maraqlı olduğunu qeyd edib. Bildirib ki, “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi ilə yanaşı, yaşayış sektorunda və iri enerji tutumlu sənaye müəssisələrində enerji səmərəliliyi və enerji effektivliyinə nail olunması əsas hədəflərdəndir. Çexiya ilə bu istiqamətdə təcrübə mübadiləsinin aparılmasına və əməkdaşlığın inkişaf etdirilməsinə ehtiyac var.
Görüşdə həmçinin enerji əməkdaşlığına dair məsələlərin müzakirəsi məqsədilə işçi qrupunun yaradılması ətrafında da fikir mübadiləsi aparılıb.

Tarix
2016.11.29 / 16:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla