Yuxarı

Akula Akifin istintaqı dayandırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“MTN işi” üzrə axtarışa verilən Akif Mustafayevin (Akula Akif) barəsində olan cinayət işi üzrə icraat dayandırılıb.

APA-nın məlumatına görə, A. Mustafayev haqqında axtarış elan edildiyi üçün onun barəsindəki cinayət işi üzrə icraatın dayandırılmasına qərar verilib.

O, tapılıb istintaqa təhvil verildikdən sonra istintaq davam etdiriləcək.

Qeyd edək ki, bir müddət əvvəl Akula Akif ləqəbi ilə tanınan A. Mustafayevin İspaniyanın Loret-de-Mar şəhərində saxlanılması haqqında xəbər yayılıb. Onun vəkili Abbas Atakişiyev A. Mustafayevin saxlanıldığını təsdiqləsə də, sonradan buraxıldığını deyib.

Baş Prokurorluğun “MTN işi” üzrə yaydığı məlumata görə, 19 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib. Bir nəfər (Akif Mustafayev) istintaqdan yayındığı üçün haqqında həbs qətimkan tədbiri seçilərək axtarışa verilib. Daha bir nəfər (Natəvan Mürvətova) barəsində isə başqa yerə getməmək barədə iltizam tədbiri seçilib. Onlardan MTN-nin baş idarə rəisi Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev, Orxan Osmanovun cinayət işi üzrə hazırda Bakı Hərbi Məhkəməsində proses keçirilir. Teymur Quliyev, Sübahir Qurbanov, Natəvan Mürvətova və daha 7 nəfərin isə cinayət işi üzrə istintaq tamamlanıb. Hazırda vəkillər işlə tanış olurlar. Digər təqsirləndirilən şəxslərin işi üzrə istintaq davam etdirilir.

MTN əməkdaşlarının törətdiyi cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 57 nəfər zərər çəkmiş şəxs qismində tanınıb. Onlara dəymiş ziyanın ümumi məbləğinin on milyonlarla manat olduğu müəyyən edilib. Cinayət məsuliyyətinə cəlb edilən şəxslər xidməti vəzifələrinin icrası ilə əlaqədar qulluq səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma, gizli qaydada telefon danışıqlarına qulaq asmaqla sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələr, elektron məlumat daşıyıcılarından, informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakının gizli talanması, Bakı şəhəri və respublikanın müxtəlif bölgələrində iş adamlarının izlənilərək, nazirliyin inzibati binalarına gətirilib qanunsuz azadlıqdan məhrum edilməsi, rüşvət alınması, hədə-qorxu yolu ilə onlara məxsus külli miqdarda nağd pul, daşınar və daşınmaz əmlakın tələb edilib ələ keçirilməsində ittiham olunurlar.

Tarix
2016.11.30 / 10:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla