Belqorodda daha üç Ukrayna PUA-sı məhv edildi
00:01
Ana səhifə Toplum |
Heydər Əliyev Beynəlxalq Aeroportunda bədbəxt hadisə baş verib.
Report-un xəbərinə görə, aeroportun əməkdaşı 21 yaşlı Ağadadaşov Qalibbəy Mahmud oğlu sürətlə hərəkət edən zaman qapıdakı iri şüşəni görməyərək, şüşəyə çırpılıb. Q.Ağadadaşov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir.
Q.Ağadadaşovun dediyinə görə, hadisə vaxtı vətəndaşlardan birinə məxsus pasporta baxa-baxa yeyin hərəkət edirmiş.
Faktla bağlı araşdırma aparılır.
Tarix
2016.11.30 / 10:52
|
Müəllif
Axar.az
|