Yuxarı

Taksi dayanacaqları pasportlaşdırılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Nəqliyyat Agentliyi (BNA) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi ilə birgə paytaxtın inzibati ərazisində minik avtomobili ilə taksi xidməti göstərən fiziki və hüquqi şəxslər üçün maarifləndirici tədbirlərə başlayıb.

APA-nın xəbərinə görə, məqsəd taksi fəaliyyəti ilə məşğul olan sürücülərə onların hüquq və vəzifələri barədə məlumatların verilməsidir.

Bu çərçivədə ilk tədbir metronun “Koroğlu” stansiyası ətrafında keçirilib.

BNA müfəttişləri Yol Patrul Xidmətinin əməkdaşları ilə birgə bu ərazidə taksi fəaliyyəti ilə məşğul olan sürücülərə hüquq və vəzifələrini, eləcə də qanunvericiliyin tələblərini izah ediblər.

Diqqətə çatdırılıb ki, hazırda paytaxt yollarında taksilərlə bağlı müşahidə olunan ən narahatedici məqam onların dayanma və durma qaydalarını pozaraq nəzərdə tutulmayan yerlərdə, xüsusən də avtobus dayanacaqlarında park etmələridir. Bu hal isə küçə və prospektlərdə digər hərəkət iştirakçılarına mane olmaqla avtonəqliyyat vasitələrinin sıxlığının yaranmasına səbəb olur.

Qeyd olunub ki, BNA məsələnin həlli istiqamətində kompleks tədbirlər həyata keçirir. Bu çərçivədə ilk olaraq Bakıda taksi dayanacaqlarının pasportlaşdırlımasına başlanılıb.

BNA-nın xüsusi ekspert qrupu bütünü küçə və prospektlərdə, metro stansiyaları, alış-veriş mərkəzləri və əhalinin sıx toplaşdığı digər ərazilərdə bununla bağlı təhlillər aparır.

Nəticədə yerləşdiyi ərazidə nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneçilik yaratmayan dayanacaqlar pasportlaşdırılır. Artıq 79 belə dayanacaq pasportlaşdırılaraq taksi sürücülərinin ixtiyarına verilib.

Maarifləndirici xarakter daşıdığından bugünkü tədbir zamanı dayanma və durma qaydalarının tələblərini pozan sürücülərə hər hansı cərimə protokolu tərtib olunmayıb.

Lakin bildirilib ki, gələcəkdə qanunvericiliyin tələblərinə riayət etməyən sürücülərə qarşı inzibati cəza tədbirləri görüləcək.

Qeyd edək ki, BNA Bakı şəhər Yol Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi ilə birgə bu cür tədbirlərin mütəmadi olaraq keçirilməsi ilə bağlı razılığa gəlib.

Tarix
2016.11.30 / 11:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Prezidentlər Ağdam Konfrans Mərkəzində...

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla