Yuxarı

"Akif Çovdarovun işçisi məndən 50 min istədi"

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Sabunçu rayon Məhkəməsinin inzibati binasıda ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi proses yenə də jurnalistlərin iştirakı olmadan davam etdirilir.

Saat 11:00-a təyin edilimiş iclasda təqsirləndirilən 4 nəfərin vəkillərindən yalnız biri prosesdə iştirak edib. Hakim Həbib Həsənov prosesə vaxtında qatılmayan vəkillər barədə Vəkillər Kollegiyasına məktub göndəriləcəyini qeyd edib.

Hakim vəkillərin gəlib çıxması üçün fasilə elan edib.

Məhkəmə nəhayət, saat 12:10-da davam edib. Prosesdə Akif Çovdarovdan zərərçəkmiş əntiq malların satışının həyata keçirildiyi "Moda" mağazasının sahibi olmuş Əbil Vəzirovun epizodu üzrə araşdırma aparılır.

Əbil Vəzirov 2015-ci uildə dünyasını dəyişib, Akif Çovdarov həbs ediləndən sonra onun arvadı Şura Vəzirova istintaqa müraciət edərək ərinin Çovdarov və adamları tərəfindən hədələndiyini, onun külli miqdarda vəsaitinin ələ keçirildiyini deyib. Hazırda bu epizod üzrə şahidlər dindirilir.

Noyabrın 25-dən aclıq aksiyası keçirən Akif Çovdarov məhkəməyə 3 həkimin nəzarətində gətirilib. Ötən proseslərdə olduğu kimi Çovdarov bu dəfə də oksigen balonu ilə məhkəmə zalında oturub.

Akif Çovdarov və digərlərinin məhkəmə prosesində zərərçəkmiş Şahmar Qurbanovun epizodu üzrə şahid qismində İradə Vəliyeva dindirilib.

O, istintaqa verdiyi ifadəsini təsdiqləyib.

Daha sonra təqsirləndirilən Akif Əliyevin epizodu üzrə zərərçəkmiş “Met-ak” MMC-nin maliyyə işləri üzrə direktoru Fuad Zülfüqarov ifadə verib və istintaqa verdiyi ifadəsini təsdiqləyib.

O, zərərçəkmiş qismində istintaqa ifadəsində deyib ki, şirkəti dayısı Alik Kərimov 1997-ci ildə təsis edib. 2012-ci ildən isə şirkətin icraçı direktoru dayısı oğlu Aydın Kərimovdur. O da şirkət açılandan dayısının yanında işləyib, sonradan maliyyə işləri üzrə direktor olub.

Fuad Zülfüqarov deyib ki, 2005-ci ilin fevralında MTN generalı Akif Çovdarovun idarəsinin sabiq işçisi Akif Əliyev onu idarəyə çağırıb, 50 min manat istəyib: "Ancaq 10 min manat verdim".

Günün ikinci yarısında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi prosesdə şahid İsgəndər Hüseynovun həyat yoldaşı Xədicəxanım Hüseynova ifadə verib.

Xədicəxanım Hüseynova bildirib ki, 2007-ci ildə onun həyat yoldaşı İsgəndər Hüseynovun yaxın dostu Şahmar Qurbanovun Qriş adlı Hindistan vətəndaşına olan borcunun əvəzinə onun adına mənzil alınıb: “Bu barədə razılığa gəlinərək söhbət aparılmasını bilsəm də, tərtib olunan müqavilənin mənim tərəfimdən imzalanıb-imzalanmadığını, konkret hansı mənzilin verildiyini xatırlamıram. Təxminən 8-9 il bundan qabaq Qriş İsgəndər və Şahmarın tanışı kimi yaşadığım evə gəldi.

Evdə Şahmarın Qrişə borclu olması barədə söhbət getdi. Şahmar da Qrişə pulunun olmadığını bildirdi, Qriş isə onun barəsində öz ölkələrinin səfirliyinə şikayət edəcəyini söylədi. Şahmar borcun qaytarılması əvəzinə Qrişə ev təklif etdi və bundan sonra evin kimin adına alınması məsələsi ortaya çıxdı. Şahmar evin mənim adıma rəsmiləşdirilməsi və sonra satılması barədə razılığa gəlinmişdi. Daha sonra Şahmarın Qrişlə aralarında olan borc söhbətinin nə ilə nəticələndiyini bilməmişəm və bu barədə maraqlanmamışam”.

Onu da əlavə edək ki, İsgəndər Hüseynov noyabrın 23-də keçirilən prosesdə ifadə verib.

Daha sonra təqsirləndirilən Akif Əliyevin “Met-ak” MMC epizodu üzrə şahid Raul İsmaylov dindirilib. O, istintaqa verdiyi ifadəsini təsdiqləyib.

Zərərçəkmiş “Met-ak” MMC-nin sahibləri Alik Kərimov ifadəsində heç bir tələbinin olmadığını bildirib: “Mən əslində MTN generalı Sübahir Qurbanovdan şikayətçi idim. Çünkü onun cinayət işində MTN əməkdaşı Natiq Əliyev mənim oğlumu qaçırmışdı. Mən də buna görə incik düşdüm deyə müraciət etdim. Sonra Akif Əliyevin epizodu üzrə zərərçəkmiş kimi tanındım”.

Akif Çovdarovun vəkili Kamandar Nəsibov bildirib ki, müvəkkilinin vəziyyəti məhkəmə zalında pisləşib: "Onun şəkəri qalxdı, bu vəziyyətdə Akif Çovdarov komaya düşə bilər".

Proses dekabrın 5-də davam edəcək.

Tarix
2016.11.30 / 19:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla