Yuxarı

Lənkəranda iki avtomobil toqquşdu - Güclü yanğın

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, bu gün saat 08.00 radələrində Lənkəran-Boradigah şosesinin rayonun Cil kəndi ərazisindən keçən hissəsində Lənkəranın Separadi kənd sakini İlqar Şərif oğlu Məcidovun idarə etdiyi “Ford” markalı, 99 EA 142 dövlət nömrə nişanlı yük mikroavtomobili rayonun Cil kənd sakini Bəhmən Süleyman oğlu Rəsulovun idarə etdiyi VAZ-2107 markalı, 10 EE 198 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Güclü zərbədən “Ford” maşını idarəetməni itirərək yolun kənarındakı elektrik dirəyinə, telefon yeşiyinə və qaz borusuna çırpılıb. Nəticədə qırılmış qaz borusundan qaynaqlanmış güclü alov dalğası yaxınlıqdakı yaşayış evinə keçib. “Ford”un mühərrik hissəsi də yanaraq, sıradan çıxıb. Hadisə yerində olan yerli sakinlərin və eləcə də Fövqəladə Hallar Nazirliyinin Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsinin səyləri ilə yanğın söndürülməklə onun əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb. Qəza zamanı xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə, eləcə də qaz, elektrik və rabitə təsərrüfatına ciddi ziyan dəyib.

Qəzanın başvermə səbəbləri avtotexniki ekspertizanın yekun rəyindən sonra məlum olaqcaq.

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

Tarix
2016.12.02 / 09:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla