Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 Noyabr 2017


Deputatdan qaz və işıq limiti ilə bağlı - Təklif

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tarif Şurasının qərarı ilə istehlak olunan qaz və elektrik enerjisinin güzəştli kvotaları artırılmalıdır.

Report-un verdiyi xəbərə görə, bu təşəbbüslə deputat Fəzail Ağamalı çıxış edib: "Tarif Şurasının qazın və işığın verilməsi ilə bağlı tətbiq etdiyi kvotanın artırlması yaxşı olardı. Kəndlərdə insanlar qazla isinirlər. Kvota buna bəs etmir. Kvotanın 1 500-dən 3 000-ə qaldırılması məqsədəuyğun olardı. Bakıda da vahid istiklik sistemi olmadığına görə, yenə həmin problem var".

"Tarif Şurasını qərarı ilə Prezidentin kənd təsərrüfatı ilə bağlı siyasətində uyğunsuzluq var. Avadanlıqlar və gübrələr xaricdən alınır və onun da qiyməti artıb ki, nəticədə, tərəvəz məhsullarının istehsalında ciddi problemlər yaranacaq. Həmçinin, Sahibkarlığa Kömək Milli Fonduna gələn ilin büdcəsində vəsait nəzərdə tutulmayıb. Sahibkar hansı maliyyə imkanları ilə inkişaf edəcək. Xahiş edirəm ki, plenar iclasa qədər SKMF-yə vəsaitin ayrılması ilə bağlı məsələyə yenidən baxılsın", - deyə millət vəkili qeyd edib

Xatırladaq ki, Tarif Şurasının qərarı ilə təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1 500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək 1 kubmetr üçün 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1 500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib. Təbii qazın əhali istehlakçı qrupu üzrə tarifləri 2017-ci il yanvarın 1-dən, qeyri-əhali qrupu üçün isə 2016-cı il dekabrın 1-dən tətbiq olunacaq.

Elektrik enerjisinin 1 kVt/saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilib, pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kVt/saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kVt/saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

Tarix
2016.12.02 / 13:02
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Sabahın havası: Yağış, qar...

Gömrükdə qanunsuz telefonlar aşkarlandı

AMEA bu şəxslərə 5000 manat verəcək

Tək bir maşın Bakını belə zibilləyirsə... - Video

Deputat nazirə səsləndi: Onların bu pula ehtiyacı var

Nazirlik bu poliklinikanı satır - Foto

Ermənilər mövqelərimizi atəşə tutdu

Leyla Əliyeva YUNİSEF-in regional direktoru ilə görüşdü

Xəzərdə zəlzələ oldu

Nazirdən qaçan məhbuslarla bağlı - Açıqlama

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla