İlham Əliyev daha bir tarix yazdı – Türk general
08:00
Ana səhifə Toplum |
Dağlıq Lerik rayonunda güclü külək əsib.
Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, külək günorta saatlarından başlayıb və axşam daha da güclənib. Nəticədə rayonun yüksək gərginlikli Şingədulan ərazi elektrik paylayıcı xəttində 4 dayağın aşması ilə bir sıra yaşayış məntəqəsində elektrik enerjisinin verilişində fasilələr yaranıb. Hazırda ümumilikdə rayonun 50-dək kəndi işıqsız qalıb.
İcra rəsmisinin sözlərinə görə, təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində rayonun müvafiq qurumları tərəfindən tədbirlər görülür.
Tarix
2016.12.02 / 20:57
|
Müəllif
Axar.az
|