Yuxarı

Tərbiyəsiz sürücü sərnişinləri söydü... – Bakıda

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sonda deyəcəyim fikirlərin bir cümləsini əvvəldə deyim ki, bəlkə müvafiq qurumlardan bu sətirləri oxuyan oldu. “70-72 yaşlı qocanın ürəyinə dəyən zərbənin yarasını sağaltmaq mümkün olacaqmı?”

Dekabrın 2-də rastlaşdığımız bir fakt sübut edirdi ki, bəzi adamlar sözün həqiqi mənasında insanları təhqir etməklə, əsəbilik, gərginlik yaratmaqla, paytaxtda qan-qaraçılıq salmaqla öz çirkin məqsədlərinə nail olmaq istəyirlər. Mən bunun canlı şahidi oldum.

Günorta vaxtı dəmir yolu vağzalının yanından 88 nömrəli marşrutda işləyən avtobuslardan biri ilə (nömrəsi 447 ilə qurtarırdı) 20-ci sahəyə gedirdik. Sürücü həmin qısa yolda beş-altı dəfə sərnişinləri, xüsusən yaşlı qadınları kobud şəkildə təhqir etdi.

Sərnişinlərdən ciddi cavab almayan bu adam öz zəhərini kiminsə üstünə tökmək üçün sanki daha iyrənc bir variant axtarırdı. Avtobusu 20-ci sahədə - marşrutun sonuncu dayanacağında saxlamamaqla həmin istəyinə nail oldu (Saat 14-38-də dayandı). Avtobusun müəyyən edilmiş dayanacaqda deyil, dairənin başına dolanaraq şəhərə getmək üçün ayrılmış yerdə saxlanılması isə sərnişinlərin ciddi narazılığına səbəb oldu. Çünki sürücünün bu özbaşınalığının nəticəsi olaraq sərnişinlərin əksəriyyəti yağışın yaratdığı gölməçələrlə geriyə qayıtmalı idi. Ona görə də hamı ciddi etiraz etdi.

Bu etirazları qəsdən yaradan sürücü əksəriyyəti qadınlar-qızlar olan 45-50 nəfərin qarşısında ana söyüşlərinin birini bir qəpik etdi və hətta əli ilə tərbiyəsiz küçə uşaqları kimi ədəbsiz jestlər göstərdi. Bu jestləri 70-80-ci illərdə Bakıda yaşayan erməni cavanlarının əxlaqında çox görmüşdük.

“Mən sənin müdiriyyətinə zəng edəcəm!” – deyən yaşlı adamı isə “fahişə oğlu!” – deyə təhqir edən sürücü öz əxlaq səviyyəsini sübut etmiş oldu. Bəlkə həmin qoca həqiqətən 88 nömrəli marşrutun sahibini tapıb öz sözünü deyəcək və sahibkar təxribatçı sürücünün tərbiyələndirilməsi üçün hansısa tədbirləri görəcək. Amma camaat arasında təhqir olunmuş 70-72 yaşlı qocanın ürəyinə dəyən zərbənin yarasını sağaltmaq mümkün olacaqmı? Çox çətin.

İttifaq Mirzəbəyli,

Əməkdar jurnalist

Tarix
2016.12.03 / 13:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla