Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 Yanvar 2018


Mikroavtobus iki maşınla toqquşdu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatalada baş verən zəncirvarı yol qəzasında üç nəfər xəsarət alıb.

APA-nın məlumatına görə, hadisə bu gün saat 11 radələrində Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.

“Ford” markalı, 99 DZ 842 dövlət nömrə nişanlı mikroavtobus Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən ötmə əməliyyatını yerinə yetirən zaman yolun hərəkət zolağında dayanmış, rayonun Faldar kənd sakini, 1989-cu il təvəllüdlü Asim Yusif oğlu Sofiyevə məxsus “VAZ 2106” markalı 62 BK 826 dövlət nömrə nişanlı avtomobilə, sonra isə əks istiqamətdə hərəkətdə olan “Opel-Vektra” markalı, 99 BA 291 dövlət nömrə nişanlı minik maşınına dəyib.

Hər üç avtomobilin sürücüləri - Asim Sofiyev, rayonun Muğanlı kənd sakini, 1976-cı il təvəllüdlü Çingiz Əhməd oğlu Məmmədov və rayonun Dağlı kənd sakini, 1966-cı il təvəllüdlü Rafiq Abdulməcid oğlu Abdullayev müxtəlif xəsarətlər alaraq Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdiriliblər.

Zaqatala MRX-dan verilən məlumata görə, onların xəsarətləri yüngüldür.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Tarix
2016.12.03 / 14:13
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Tütünə tətbiq edilən aksiz vergiləri 2 dəfədən çox artırıldı

Gürcüstan azərbaycanlılarının mədəni “soyqırımı”: Nə baş verir?

İspaniya mediası Bakıdakı qırğından yazdı - Foto

Cahangir Hacıyevin vəkilinin fəaliyyəti dayandırıldı

Kürdlərin nümayəndəsi: İndi müdafiə olunmaq daha vacibdir...

Nazirlikdə islahat: 10 nəfər vəzifədən azad olundu

Nazir əməliyyat müşavirəsi keçirdi

Gecə klublarında qanlı davaların səbəbi... – Ekspert

“Barama”dan Startuplar üçün uğurlu təqdimat və PR təlimi

Müxalifətin şəhidləri ziyarətinə maneə... – DİN açıqladı

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla