Yuxarı

Ağır qəza: 2-si uşaq olmaqla 8 nəfər yaralandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkirdəki zəncirvari qəzada 2-si uşaq olmaqla 8 nəfər xəsarət alıb. Hadisə Bakı-Qazax magistralının 397-ci km-də Şəmkir rayonunun Çinarlı qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

Axar.az ARB Kəpəz-ə istinadən xəbər verir ki, Ukrayna vətəndaşı 46 yaşlı Yevgeniy Kaçkovun idarə etdiyi "Kia Sorento" markalı avtomobillə "VAZ 2106" və "Range Rover" markalı maşınlar toqquşub. Zərbənin təsirindən "Kia" yolun hərəkət hissəsindən çıxaraq aşıb, "VAZ" tam yararsız hala düşüb. "Range Rover"ə isə qismən ziyan dəyib.

Ukrayna vətəndaşının həyat yoldaşı Yevgeniya Kaçkov, övladları 11 yaşlı Milana və 8 yaşlı Gelb, eləcə də VAZ-da olanlar, Şəmkir rayon Kür qəsəbə sakinləri - sürücü 67 yaşlı Ziyad Əkbərov, 51 yaşlı Zəminə Zeynalova, oğlu 25 yaşlı Ülvi Zeynalov, qohumları 27 yaşlı Turanə Əliyeva və 49 yaşlı Zümrüd Zeynalova müxtəlif bədən xəsarətləri ilə Şəmkir Rayon Mərkəzi Xəstənaxasına çatdırılıb.

VAZ-ın sürücü və sərnişinlərinin xəsarəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdiriliblər. Fakt Baş DYP İdarəsinin istintaq və tədqiqat şöbəsində araşdırılır.

Tarix
2016.12.03 / 16:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla