Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
25 Sentyabr 2017


Millət vəkili internat məktəbində uşaqlarla görüşdü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva Beynəlxalq Əlillər Günündə Qovlar inteqrasiya təlimli internat tipli gimnaziyada şagirdlər və fiziki imkanları məhdud uşaqlarla görüşüb.

APA-nın məlumatına görə, Qovlar inteqrasiya təlimli internat tipli gimnaziyanın direktoru Eldar Hümbətov çıxış edərək bu cür görüş və tədbirlərin əhəmiyyətinə toxunub və uşaqlarla görüş və söhbətə, onların hər birinə kitab və hədiyyələr təqdim etdiyinə görə millət vəkili Qənirə Paşayevaya təşəkkürünü bildirib.

Uşaqlarla bir arada olmaqdan məmnun olduğunu dilə gətirən Qənirə Paşayeva uşaqlarla görüşü əhəmiyyətli hesab etdiyini vurğulayıb və onların hər birinə həyatda arzularına çatmalarını diləyib. Dövlətimizin və ölkəmizin birinci Xanımı Mehriban Əliyevanın uşaq evlərinə böyük diqqət və qayğısını xüsusi vurğalayan millət vəkili Qənirə Paşayeva bildirib ki, bir insanın inkişafı və gələcəyinda onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır və uşaqlarımız oxumağa, öyrənməyə, bir peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar. Q. Paşayeva Qovlar inteqrasiya təlimli internat tipli gimnaziyada hər bir insanın mütləq bir peşə sahibi olmasının önəmini vurğulayaraq bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir gəncimiz eyni zamanda orta məktəb illərindən tariximizi, ədəbiyyatımızı da yaxşı öyrənməlidirlər. Q. Paşayeva hər bir uşaqla ayrıca söhbət edib, kitablarını onlara imzalı hədiyyə edib və onların hər birinə idman forması və ləvazimatlarını hədiyyə edib, kitablara, oxumağa, mütailəyə meyilli gəncləri görməkdən,onlarla söhbətdən hər zaman böyük zövq aldığını deyib. Millət vəkili onları təhsillərinə böyük önəm verməyə, zamanlarını mənasız işlərə ayırmamağa çağırıb. Görüşün sonunda Q. Paşayeva müəllimlərə də müəllifi olduğu kitabları imzalı hədiyyə etməklə yanaşı məktəbin kitabxanasına gənclərin oxuması üçün kitablar hədiyyə edib. Millət vəkili təşəbbüsü ilə doktor İradə Hacıyeva rəhbərlik etdiyi "Vertebra" mərkəzinin tibb heyəti Qovlar inteqrasiya təlimli internat tipli gimnaziyada hər bir uşağı müayinə edib, uşaqlar arasında skalioz və kifozların artmaması üçün müəllim və tərbiyəçi heyətinə tövsiyyələrini veriblər, eyni zamanda uşaqlara da məsləhətlərini veriblər.

Tarix
2016.12.03 / 16:32
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Jurnalist Flora Xəlilzadəyə ağır itki

Yevlaxda silahlı insident: yaralanan var

Bərdədə 6 yaşlı uşaq poliklinikada öldü

Ağır cinayət törədən 20 il ələ keçməzsə... - Qanun

İstanbulda Şeyxin də iştirak etdiyi konfrans başladı

Havalar soyuyur - Proqnoz

Kəmaləddin Heydərov Samuxa gedir

Xalq şairinin baş həkim olan kürəkəni vəfat etdi

Bakıda cinsi azlıqlar kütləvi həbs edildi - Rəsmi

Azərbaycanda buna görə cəza sərtləşdirilir

KULT
<>
Xəbər xətti
 
SORĞU
Ermənilərin Qarabağı sülh yolu ilə azad edəcəyinə inanırsınızmı?
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla