Yuxarı

21 yaşlı qız "tələbə" evi soydu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda özünü tələbə kimi təqdim edən qız kirayə qaldığı evdən oğurluq edib. O, yaşlı ev sahibinin külli miqdarda dəyəri olan qızıllarını oğurlayıb.

Xəzər xəbər-in məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində, Zəmirə Muxtarovaya məxsus həyət evində baş verib. Zərərçəkmiş Zəmirə Muxtarovanın sözlərinə görə, hadisəni törətməkdə şübhəli bilinən 21 yaşlı Gülnarə Novruzlu bir neçə gün əvvəl tələbə olduğunu deyərək onlarda kirayədə qalıb.

Kirayənişin səhəri gün ev sahibi Zəmirə Muxtarovanın mağazaya getməsini fürsət bilərək, evi qarət edib qaçıb.

Zəmirə Muxtarovanın sözlərinə görə, ona təxminən 3 min manata yaxın ziyan dəyib. Qadın oğurluqdan xəbər tutan kimi ərazi üzrə 22-ci polis bölməsinə məlumat verib. Əməliyyatçılar hadisə yerinə baxış keçirib, müəyyən izlər götürüblər. Zəmirə xanım evində kirayədə qalan Gülnarə ilə bağlı bildiyi bütün məlumatları, eləcə də sosial şəbəkədə olan şəkillərini polisə təqdim edib.

Faktla bağlı Rayon Polis İdarəsində cinayət işi başlanıb, özünü tələbə və Gülnarə Novruzlu kimi təqdim edən qızın tutulması istiqamətinə əməliyyat keçirilir.

Tarix
2016.12.04 / 01:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla