Yuxarı

Döyülən tibb bacısı komaya düşdü – Zaqatalada

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatalada qonşusu tərəfindən vəhşicəsinə döyülən tibb bacısı komaya düşüb.

Zaqatala Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə, bu gün saat 10:30 radələrində Zaqatala şəhəri “Kür-Araz” adlanan yaşayış massivində yaşayan, 1962-ci il təvəllüdlü Xədicə Herov qızı Muradova travmatik şok vəziyyətdə və ağır kəllə-beyin travması ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Müayinə zamanı məlum olub ki, bir uşaq anası olan və Zaqatala MRX-nın poliklinika şöbəsində tibb bacısı vəzifəsində işləyən X. Muradova qonşusu İbrahim adlı şəxs tərəfindən vəhşicəsinə döyülüb.

Zaqatala rayon Polis Şöbəsindən bildirilib ki, hadisə səhər saatlarında X. Muradovanın yaşadığı ünvanda baş verib. X. Muradovanın qonşuluğunda yaşayan və uzun müddətdir ki, əsəb xəstəliyindən əziyyət çəkən İbrahim adlı şəxs hələki istintaqa məlum olmayan səbəbdən qadını vəhşicəsinə döyərək ona ağır bədən xəsarətləri yetirərək hadisə yerini tərk edib. Keçirilmiş tədbir nəticəsində hadisəni törətməkdə şübhəli sayılan saxlanılıb.

Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.

Tarix
2016.12.04 / 15:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi

Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan

BAM inşaatçıları yaxşı bilirlər ki, Heydər Əliyev...

Muxtar Babayev BMT baş katibi ilə görüşdü

Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla