Yuxarı

79 dövlət əmlakı satışa çıxarıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmlak Məsələləri Dövlət Komitəsi gələn il üçün dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı ilk hərracı elan edib.

Komitədən Axar.az-a verilən məlumata görə, hərrac yanvarın 10-da keçiriləcək.

Hərraca 20 səhmdar cəmiyyəti, 44 kiçik dövlət müəssisə və obyekti, 15 istifadəsiz qeyri-yaşayış sahəsi olmaqla ümumilikdə 79 əmlak çıxarılıb. Kiçik dövlət müəssisəsi və obyektləri paytaxtla yanaşı, Xaçmaz, Gəncə, Mingəçevir, Göyçay, Cəlilabad, Masallı və digər bölgələrdə yerləşir. Ən yüksək qiymətə, yəni 717,6 min manata təklif olunan əmlak paytaxtın Binəqədi rayonunda yerləşən “Araz” Avtomotoservis müəssisəsidir. Yüksək start qiyməti təyin olunan digər əmlak isə Nəsimi rayonunda yerləşən və 474,8 kv.metr torpaq sahəsi olan qeyri-yaşayış binasıdır. Belə ki, bu əmlak 624 min manat ilkin satış qiyməti ilə hərraca çıxarılıb. Qaradağ rayonunda yerləşən və torpaq sahəsi 14451,8 kv.m. olan metal və ərzaq anbarı isə 300 min manata, Sumqayıt şəhərindəki “Laçın” restoranı isə 410 min manata təklif olunur. Regionlarda isə yüksək start qiyməti ilə cəlb edən əmlak Qusarda yerləşən Kərpic sexidir. 170160 kv.m. torpaq sahəsi olan bu müəssisə 420 min manata təklif olunur.

Bu dəfəki hərraca çıxarılan səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Müxtəlif şəhər və rayonlarda yerləşən belə iri müəssisələr sırasında “Ağsu Sənaye İnşaat”, “Azinterservis”, “Daşkəsən Aqrotexservis”, “Sabirabad Mexanikləşdirmə”, “Xəzər Avtonəqliyyat”, “Salyan Kəndkimya” kimi səhmdar cəmiyyətlər var.

Tarix
2016.12.05 / 11:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradıldı

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla