Yuxarı

Millət vəkili: “Gələcəyimiz sizin əlinizdədir”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuzda “Qarabağ həqiqətlərinin daha geniş yayılmasında gənclərin rolu” adlı tədbir keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva Ermənistanın torpaqlarımıza qarşı həyata keçirdiyi işğalçılıq siyasəti, törətdikləri soyqırımlar, vandalizm aktları, Dağlıq Qarabağ probleminin tarixi kökləri, müasir vəziyyət və bir sıra beynəlxalq təşkilatların ikili standartlarnı özündə əks etdirən kitabları gənclərə təqdim edib.

Tədbirə rayonun ən savadlı gənclərinin dəvət edilməsini özəlliklə istədiyini deyən millət vəkili bildirib ki, Azərbaycanın gələcəyi məhz gənclərin əlindədir.

Q.Paşayeva gəncləri sosial şəbəkələrdə əylənməyə deyil, oxumağa, öyrənməyə, Qarabağ həqiqətlərinin daha çox yayılmasında iştirak etməyə, ölkəmizə qarşı yalan, böhtan kompaniyalarına qarşı mübarizəyə sərf etməyə çağırıb.

Görüşün sonunda deputat gənclərə və müəllimlərə müəllifi olduğu “Müasir Avropa təhlükəsizliyi: Yeni çağırışlar və təhdidlər (Cənubi Qafqaz münaqişələri timsalında)”, “Dağlıq Qarabağ münaqişəsi Avropanın təhlükəsizliyinə başlıca təhdid kimi” kitablarını hədiyyə edib.

Tarix
2016.12.05 / 15:45
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla