Yuxarı

AST Telmanın 3 uşaqlı gəlini döyülüb çölə atıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı oliqarx, hazırda müflis olan keçmiş milyarder Telman İsmayılovun ailəsi ilə bağlı daha bir qalmaqal üzə çıxıb.

Virtualaz.org xəbər verir ki, Telman İsmayılovun qardaşının gəlini life.ru-ya müsahibəsində döyüldüyünü, 3 uşaqla küçəyə atıldığını deyir.

T.İsmayılovun qardaşı, Moskvanın Şimal inzibati dairəsi prefektinin keçmiş birinci müavini Fazil İsmayılovun oğlu Aleksandr İsmayılovun keçmiş arvadı Anna S. başına gələnlər haqda danışaraq deyir ki, qayınatası boşanandan sonra onun əlindən mənzili alıb və 3 uşaqla küçədə qoyub. 27 yaşlı Anna S. İsmayılovun ailəsində yaşadığı 10 ili “qızıl qəfəs” adlandırır. Deyir ki, 16 yaşında Aleksandr İsmayılova ərə gedib. “İsmayılovlar hökmlü ailədir. Fazil İsmayılov Telman İsmayılovun doğma qardaşıdır. Bu evlilikdə heç bir məhəbbət-filan olmayıb. O, (Aleksandr - red) dərhal öz xarakterini göstərdi - belə olmaz, elə olmaz. İlk günlərdən bizim problemlərimiz başladı, onun atası hər şeyə qarışırdı. Mənə valideyinlərimə baş çəkmək qadağan olunmuşdu, evdən çıxmağa, kiminləsə ünsiyyətdə olmağa imkan vermirdilər”, - qadın deyib.

Bu cür 10 il yaşadıqdan sonra Anna boşanmağı qərara alır. O, eks-prefektin ailəsindən təkcə bir şey xahiş edir - 3 uşağını böyütməyə ona icazə versinlər. Lakin Fazil İsmayılov dərhal bildirir ki, onların ailəsində boşanma olmur:

“Ərim isə bu söhbətdən sonra məni çox möhkəm döydü. Mən xəstəxanaya düşdüm. Xəstəxanadan buraxılanda evə qayıtdım, gördüm qapının qıfıllarını dəyişdiriblər. Fazil İsmayılov mənimlə əlaqə saxladı və hədələdi ki, bütün ailəmi məhv edəcək. Uşaqlarımın isə ayrı anası olacaq, mən heç vaxt onların üzünü görməyəcəm”.

Qadın başına gələnlər haqda polisə şikayət edib, lakin onun şikayətinə baxan olmayıb. Həmin vaxtlar Fazil İsmayılov Moskvanın Savelyev Rayon Məhkəməsinə müraciət edərək 5 il əvvəl Annaya bağışladığı, Leninqrad prospektində yerləşən mənzili geri alıb. “Mənə heç bu məhkəmə haqda xəbər də verməyiblər. İndi biz qərardan şikayət verməyə hazırlaşırıq, rəsmən mən ondan artıq boşanmışam”, - Anna deyib.

Qadın bildirib ki, ailədən ayrılandan sonra bir ilə yaxın uşaqlarını görməyə can atıb. Bir dəfə uşaqları ilə məktəbdə görüşüb, ancaq məktəb rəhbərliyi ondan xahiş edib ki, bir daha gəlməsin. Ancaq uşaqlarla bağlı əhvalat gözlənilməz sonluqla bitib. Keçmiş əri Aleksandr uşaqların kimin himayəsində qalması məsələsinin həll olunduğu məhkəməyə gəlib, ancaq iclasın yarısında məhkəməni tərk edib:

“O, hakimə dedi ki, təcili işi var və çıxıb getdi, iki uşağı məhkəmədə qoydu. Ortancıl qızı isə mən xəstəxanadan götürdüm, həkimlər oradan mənə zəng vurmuşdular. Həkim dedi ki, atası uşağı yüksək temperaturla təcili yardım maşınına qoyub və təkbaşına xəstəxanaya yola salıb”.

"Life.ru" bu məsələ ilə bağlı Telman İsmayılovla telefon əlaqəsi saxlayıb, ancaq o, keçmiş gəlininin dediklərinə şərh vermədən dəstəyi asıb.

Xatırladaq ki, bu günlərdə T.İsmayılovun digər qardaşı Rafiq İsmayılovun sifarişli qətlə görə həbs edildiyi üzə çıxıb. Məlum olub ki, Rafiq İsmayılov bu ilin mayında Mehman Kərimov adlı killerlə anlaşaraq keçmiş ortağı Vladimir Savkini və hadisə vaxtı təsadüfən onunla birlikdə olan dostu Yuri Savelyevi güllələtdirib. İsmayılovla Savkinin ortaq ticarət mərkəzi olub. Azərbaycanlı biznesmen ticarət mərkəzini satsa da ortağının payına düşən pulu vermək istəməyib, əvəzində onu aradan götürməyi qərara alıb. R.İsmayılov hadisədən az sonra saxlanılsa da T.İsmayılovun sayəsində sərbəst buraxılıb. Lakin Savkinin oğlu hüquq-mühafizə orqanlarına çoxsaylı şikayətlər yazıb, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin qəbulunda olub, atasının qətlini R.İsmayılovun təşkil etdiyini bildirib. Nəhayət iki ay əvvəl İsmayılovu həbs ediblər.

Tarix
2016.12.10 / 12:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla