Yuxarı

Bakıda çox sayda ev söküləcək - Ərazilərin adları

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı şəhərinin regional inkişaf planının təsdiqlənməsi prosesi artıq sonuncu fazadadır. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov bildirib: "Layihə artıq təsdiq edilməsi üçün Nazirlər Kabinetinə təqdim olunub".
D.Dövlətxanov paytaxt ərazisində aparılacaq söküntü işlərinə də aydınlıq gətirib: "Bununla bağlı layihə təsdiq olunandan sonra qəti qərar veriləcək. Bakının inkişaf planında yaşayış üçün həm yeni ərazilərin salınması, həm də şəhərin mərkəzində bəzi ərazilərin sökülməsi nəzərdə tutulub. Əsasən Dövlət Dram Teatrının arxasından Elmlər Akademiyasına kimi az mərtəbəli və az qiymətli evlərin sökülməsi planlaşdırılır. Eyni zamanda, bulvardan başlayaraq yeni bir parkın salınması layihədə məsələsi var".
Komitə rəsmisi əlavə edib ki, hazırda Bakı şəhəri ərazisində elə yerlər var ki, oradakı tikililər əhalinin mövcud rifahına cavab vermir, infrastruktur layihələrinin icrasını mümkünsüz edir: "Bu, əsasən Xutor, Alatava deyilən ərazilərdir ki, oradakı tikililərin də sökülməsi labüddür. Daha bir istiqamət isə Ağ Şəhər deyilən yerdən Zığ istiqamətdədir. Gələcəkdə Ağ Şəhərdə 50 min nəfərin yaşaması planlaşdırılır. Bundan sonra isə oradan Zığa qədər olan ərazilərdə də sökülüb, yenidən massivin salınması məsələsi layihədə əksini tapıb".
Tarix
2013.11.08 / 12:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla