Yuxarı

“Yeni Müsavat“ və “Azadlıq” qəzetləri bağlanır - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yeni Müsavat" qəzeti noyabrın 9-dan etibarən çapını dayandırır. Bu barədə noyabrın 8-də qəzetin rəhbərliyi qərar verib.

Həftədə yeddi gün çap olunan "Yeni Müsavat" qəzetinin çap olunmamasının səbəbi qəzetin satışına yaradılmış maneələrlə əlaqələndirilir. Qəzetin baş redaktoru Rauf Arifoğlu AzNews.az-a bildirib ki, qəzetin çapını dayandırması boykot əlamətidir:

"Qəzetimiz noyabrın 10-da 24 yaşını qeyd edəcək. Qəzetin çapını 3 günlük dayandırması zərurət üzündən atılan addımdır. Bu addımla kollektiv ölkə vətəndaşlarının, hakimiyyətin, beynəlxalq ictimaiyyətin diqqətini yaranmış problemin ciddiliyinə cəlb etmək fikrindədir. Qəzetin çapdan çıxmadığı günlərdə musavat.com saytı fasiləsiz olaraq fəaliyyət göstərəcək və oxucuları informasiya və yazılarla təmin edəcək".

Fəaliyyətində ciddi problemlər yaranan digər mətbuat orqanları "Azadlıq" qəzetidir. "Azərbaycan" nəşriyyatı "Azadlıq" qəzetinə noyabrın 12-dək vaxt verib. Həmin tarixədək qəzet nəşriyyata olan borcunu ödəməlidir. Əks halda nəşriyyat qəzetin çapını dayandıracaq və redaksiyanı yerləşdiyi otaqlardan çıxaracaq. Nəşriyyat rəhbərliyi qəzetə bununla bağlı xəbərdarlıq məktubu göndərib. Nəşriyyatın baş direktoru Ağabəy Əsgərovun imzasıyla göndərilən xəbərdarlıq məktubunda yazılıb: "Azərbaycan" nəşriyyatı ilə redaksiyanız arasında bağlanmış müqavilələrə əsasən, 07.11.2013-cü il tarixinədək redaksiyanızın nəşriyyata çap xərclərinə görə 21410 manat, kommunal xərclərinə görə 2688 manat, cəmi isə 24098 manat debitor borcu yaranıb.

Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, bu borcun ödənilməsi üçün Sizin tərəfinizdən kifayət qədər tədbir görülməmişdir ki, bunun da nəticəsində "Azərbaycan" nəşriyyatı çətin maliyyə durumuna düşüb. Yuxarıdakıları nəzərə alaraq, 12.11.2013-cü il tarixinədək debitor borcların hissə-hissə ödənilməsini Sizdən xahiş edirik. Əks halda qəzetinizin çap edilməsi və digər xidmətlərin göstərilməsi nəşriyyatın maliyyə imkanları xaricində qalacaq".

Məsələ ilə bağlı "Azadlıq" qəzetinin baş redaktor müavini Rahim Hacıyev bildirib ki, təmsil etdiyi mətbuat orqanının çapının davam etdirilməsi maddi cəhətdən mümkün deyil: "Hazırda qəzetin çapının davam etdirilməsi sual altındadır. Daha doğrusu vəziyyət olduqca ağırdır. Qəzetə qarşı məhkəmə cəriməsinin məbləği 65 min manatdır, bank hesabımıza həbs qoyulub".

O, əlavə edib ki, "Qasid" mətbuat şirkətinin isə qəzetə borcu 60 min manata çatıb: "Qasid"in bizə borcunun ödəməməsi nəticəsində ağır vəziyyətə düşmüşük. Yaranan problem nəticəsində nəşriyyata da borcumuz yaranıb. Yəqin ki, noyabrın 11-dən sonra "Azadlıq" çap oluna bilməyəcək".

Tarix
2013.11.08 / 15:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla