Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
15 Dekabr 2017


Paytaxtın Baş Planı təsdiq edilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Böyük Bakının 2030-cu ilə qədər Regional İnkişaf Konsepsiyası" layihəsinın müzakirələri davam etdirilir. Layihədə şəhərin inkişaf planları, infrastrukturun yenilənməsi, nəqliyyat, şəhərsalmanın idarə edilməsi kimi konseptual məsələlər əksini tapıb. Komitənin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev "Axar.az"a açıqlamasında adıçəkilən konsepsiya layihəsinin bu ayın sonunda yekunlaşacağını bildirib.

Layihədə nələr gözlənilir?

Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitekrtura Komitəsi və Bakı Layihə İnstitutunun mütəxəssislərinin birgə hazırladığı "Böyük Bakının Regional İnkişaf Konsepsiyası"nın əsas məqsədi Bakının mövcud vəziyyətinin iqtisadi və ekoloji analizləri əsasında Abşeron regionun yaxın 15-20 ildə əsas planlaşdırma sxeminin hazırlanması və qəbul olunmasıdır. Həmçinin, layihədə şəhərin şəhərsalmasının idarəetmə sistemini işləyib hazırlamaq planlaşdırılır. Burada mövcud tikililərin sökülərək daha müasirləri ilə əvəzlənməsi, yaşayış massivlərinin yenilənməsi, bəzi iri müəssisələrin köçürülməsi kimi məsələlər də əks olunur. Məsələn: layihəyə görə, Dəniz limanının və bərənin Qaradağ rayonu Ələt qəsəbəsisi yaxınlığına köçməsi, neftdaşıyan terminalın Abşeronun şərq sahilindən Sanqaçal terminalına köçürülməsi, "Qara Şəhər" adlanan yerdə fəaliyyət göstərməyən sənaye müəssisələrinin ləğv edilməsi və boşaldılmış ərazinin məskunlaşma üçün mənimsənilməsi, "Xutor" (88 hektar), "Kubinka" (46 hektar), şəhərin mərkəzində Nərimanov prospekti ilə Azərbaycan prospekti arasındakı ərazinin, həmçinin "20-ci sahə" kimi şəhər sahələrinin bölmələrinin regenerasiyası planlaşdırılır.

Elektrik qatarları qayıdır

Həmçinin, planda şəhərin və bütün Abşeron yarmadasının vahid nəqliyyat sxeminin tərtib edilməsi, şəhərin ekoloji yaxşılaşdırılması - torpaq, su və hava hövzəsinin təmizlənməsi, Bakıda şəhərsalma prosesinin vahid idarəetmə sisteminin təşkili nəzərdə tutulur. Adıçəkilən sənəd təsdiqlənərsə, Bakıətrafı qəsəbələrə elektrik qatarlarının hərəkəti bərpa oluna bilər. Müasir tələblərə cavab verən yeni elektrik qatarları əvvəllər olduğu kimi, Bakı və Bakıətrafı qəsəbələr istiqamətində hərəkət edəcək.

Xatırladaq ki, əvvəllər Bakıətrafı qəsəbələrin əhalisi əsasən elektrik qatarlarının xidmətindən istifadə edirdilər. Qatarla birbaşa şəhərin mərkəzinə getmək imkanı olan sakinlər üçün bu, daha əlverişli idi. Layihədə Bakı Dəmir Yolu Vağzalında relslərin sayının azaldılması da planlaşdırılıb. Bu vağzal gələcəkdə yalnız elektrik və xüsusi qatarlar üçün fəaliyyət göstərəcək. Əsas dəmiryolu vağzalı isə Biləcəridə qurulacaq.

Qeyd edək ki, Bakıda yerüstü metrobusların da fəaliyyət göstərməsi planlaşdırılır. Onların işləməsi konkret ərazilərin müfəssəl planları işləndikdən sonra mümkün olacaq. Hazırda dünyanın bir çox ölkələrində ekoloji baxımdan daha əlverişli olan elektrik qatarları, tramvay və trolleybus, yerüstü metrolardan istifadəyə üstünlük verilir. Bakının kifayət qədər böyüdüyünü və nəqliyyatla bağlı problemlərin hələ də qaldığını nəzərə alsaq, planın bu hissəsinin reallaşması faydalı olar.

Xatırladaq ki, Bakının ilk Baş Planı 1898-ci ildə o dövrün məşhur memarı N.A. fon Der Nonne tərəfindən hazırlanıb. 1932-ci ildə paytaxtın ikinci Baş Planı işlənib. 1964-cü ildə isə respublika Nazirlər Soveti şəhərin üçüncü Baş Planını təsdiqləyib. Sonuncu plan 1986-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunub və bu sənəd 2005-ci ilədək olan dövrü əhatə edib.

Tarix
2013.11.08 / 19:03
Müəllif
Fərqanə Vəkilova
Şərhlər
loading...
Digər xəbərlər

Hüseyn Bağırov 5 işçiyə mükafat verdi - Foto

Bu marşrutların hərəkət xətti dəyişdi

Müdafiə nazirinin müavini: Həsənquliyevə zəng etdim...

Pensiyalar nə qədər artır? - Rəsmi

Millət vəkili fələstinli nazirlə görüşdə tənqidlər səsləndirdi

Zakir Həsənovdan mühüm tapşırıq: generallar toplandı

"Ordunu qeyri-peşəkara verdik, nəticəsini gördük"

Zvezda TV-də azərbaycanlı ilə erməni əlbəyaxa oldu - Video

Sabahın hava proqnozu açıqlandı

Bəzi məktəblərə muxtariyyət verilir - Təhsil Nazirliyi

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla