Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
13 Dekabr 2017


Qadın ixtiraçıların kəşflərininin sirləri - Fotolar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Adətən kəşflərdən danışanda ən çox kişi ixtiraçıların adları çəkilir. Amma bu sahədə qadınlar da az deyil. Maraqlı odur ki, qadınlar ixtiralarını elm adına deyil, daha çox öz həyatlarını yüngülləşdirmək adına ediblər. İnad və üsyanın nəticəsində ortaya çıxan kəşflər...

Qabyuyan maşın

CosefinaKoşreyn xidmətçilərinin davamlı olaraq çiniqablarını sındırmasındanbezdiyi üçün qabyuyan maşın icad edib. O öz ixtirasını ilk əvvəllər restoranlara və otellərə satıb.

Büzqalter

Meri FilbsYakob indi bütün qadınların istifadə etdiyi büzqalteri icad edib. O bu icadı üçü 1914-cü ildə ABŞ-da patent alıb.

Avtomobil şüşəsiləni

Meri Anderson öz kəşfi ilə sürücülərin həyatını yüngülləşdirib. 1900-cü ilə qədər sürücülər yağış və qar yağanda hər tin başı avtomobillərini saxlayıbmaşının şüşəsini silmək məcburiyyətində idi. MeriAnderson 1903-cü ildə avtomobil şüşə təmizləyicisini icad etdiyində isə sürücülərin diqqətini dağıdacağı səbəbindən 10 il patent ala bilmədi. Ancaq sonunda hər kəs bu icadın xeyrini görməyə və ondan istifadə etməyə başladı.

Kompüter

Dr.QreysMörrey ilk böyük miqyaslı kompüteri icad edib. İkinci Dünya müharibəsindən sonra Harvard Universitetində icra etdiyi işlər nəticəsində ilk böyük miqyaslı kompüter "IBM-HarvardMark 1"i icad etdiyi üçün "kompüterlərin anası" olaraq tarixə adını yazdırdı.

Mesaj şifrələmə

HediLamarr gizli kodlaşdırma sistemini yaratdı. Avstriyalı HediLamarrfaşistlərə simpatiyası olan əriyləqatıldığı iclaslarda silahlarla əlaqədar çox şey öyrənib. Ancaq faşistlərə və ərinə qarşı böyük nifrət duymağa başlayan Lamarr sonunda Londona və oradan da ABŞ-a qaçıb. Faşistlərə qarşı İkinci Dünya müharibəsində istifadə edilmək üçün çıxardığı mesaj şifrələmə sistemi üçün 1941-ci ildə patent aldı və sistem 20 il sonra istifadə edilməyə başlandı.

Alt paltarı

Dünyanın ən zəngin qadınları siyahısında yer alanBləkli bu sərvətini icad etdiyi alt paltara borcludur. Çıxardığı elastik alt paltarları sayəsində qadınların daha zəif görünməsini təmin edən "Spanx" adlı alt paltarıBləklinin 500 milyon dollarlıq şirkətin sahibi olmasını təmin edib.

"Kevlar"

StefaniKuolekin 1963-cü ildə icad etdiyi, "Kevlar" adı verilən, sərt və dayanıqlı materialdan hazırlanan gödəkçələri indi polislərin və əsgərlərin geyindikləri gülləkeçirmezgeyimlərin ortaya çıxması ilə nəticələndi.

Pampers

MarionDonovan birdəfə istifadə edilən uşaq bezini 1949-cu ildə icad edib. Daha sonra o icadını daha da təkminləşdirərək1961-ci ildə bugün bütün anaların rahatlıqla istifadə etdiyi "Pampers"iyaratdı.

Körpə daşıma

EnnMur öz icadı ilə uşaqlı anaların həyatını yüngülləşdirdi. 1960-cı illərdə Qərbi Afrikada könüllü olaraq çalışan Muryerli qadınların körpələrini daşıma formasından təsirlənib.

Lazerlə cərrahiəməliyyat

Patrisiya Batsa katarakta əməliyyatında istifadə edilən yeni bir üsulu, lazerlə cərrahi müdaxiləni icad etdi və 1988-ci ildə patent alan ilk Afro-Amerikan qadın həkim olub.

Günəş enerjisi

Dr. Mariya TelkesMacarıstanda doğulub. 1925-ci ildən ABŞ-a yerləşən biofizik mütəxəssisi olan Telkes evlərdə istifadə edilən günəş enerjisiylə istilik sisteminin ixtiraçısıdır.

Qatlanan yataq

Sara E. Qud qatlanan yatağı icad etdi və 1885-ci ildə bu kəşfin patentini aldı.

İsitmə sitemi

Elis H. Parkermüasir dövrdə rahatlıqla istifadə etdiyimiz mərkəzi isitmə sitemini icad edib.

Tarix
2013.11.09 / 08:16
Müəllif
Ülkər Cəfərova
Şərhlər
loading...
Digər xəbərlər

Sabahın hava proqnozu açıqlandı

Usubov həlak olan polisin oğluna vəzifə verdi - Foto

Gömrükdə pirotexniki vasitə və fişənglər aşkarlandı

Seçki məntəqəsində yoxlamalar ləğv edilir

Vergilər naziri Təhsil Nazirliyi kollegiyasının sədridir

Magistraturada ixtisas dəyişmək qadağan edildi - Qanun

Artur Rasizadə onları işdən çıxardı

Murad Rəhimov sədr təyin olundu

Ermənilər cəbhə xəttini atəşə tutdu

2018: Sarı İt ilində bizi nələr gözləyir? - Proqnoz

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla