Yuxarı

Manatı 2017-də nə gözləyir? - Analiz

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Neft Fondunun 2017-ci il üçün xərcləmələri 14 milyard 483 milyon manat təsdiq edilib. Bunun təxminən 700 milyon manata yaxını birbaşa valyuta formasında ödəniləcək xərclərdir. Bu isə o deməkdir ki, əgər Fond öhədliklərinə əməl edərsə, o cümlədən makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Mərkəzi Banka olan transfer də hərraclar vasitəsi ilə milli valyutaya çevrilərsə, o zaman 13,8 milyard manata yaxın pulu il ərzində hərraclar vasitəsi ilə almalıdır.

Axar.az xəbər verir ki, bu barədə DNF-nin 2017-ci il üçün xərcləmələri, o cümlədən makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Mərkəzi Banka gözlənilən 7,5 milyard manatlıq transferin manatın məzənnəsinə təsiri barədə danışarkən iqtisadçı alim Vüqar Bayramov deyib. Ekspert bildirib ki, bu, indiki rəsmi və ya hərrac məzənnəsi ilə 7 milyard 750 milyon dollar satış deməkdir:

“Nəticədə Fond 2017-ci ildə hər ay orta hesabla 645 milyon dolları hərraca çıxaracaq. 2016-cı ildə Fondun hərraclarda satdığı valyutanın aylıq orta məbləği 408 milyon dollar olub. Deməli, əgər Fond öhdəliklərinə tam əməl edərsə və makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Mərkəzi Banka olan transfer də hərraclar vasitəsi ilə manata çevrilərsə, o zaman aylıq olaraq 2017-ci ildə əvvəlki illə müqayisədə 237 milyon dollar daha çox valyuta hərracda satıla bilər. 2016-cı ilin yanvarında pul bazası 5,786 milyard manatdan ötən ilin noyabrında 7,448 milyon manata yüksəlib. 30 faizə yaxın artan pul bazası milli valyutanın rəsmi kursunda 15 faizlik azalma ilə müşahidə edilib. Deməli, pul bazasının artması fonunda ötən il manatın məzənnəsində də azalmalar qeydə alınıb”.

İqtisadçının sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən neft şirkətlərinin xərcləmələrini, xaricdə, xüsusən də Rusiyada yaşayan həmyerlilərimizin remitensilərini, eləcə də qeyri-neft ixracatının həcmini nəzərə alsaq, Neft Fondu öhdəliklərinə tam əməl edəcəyi halda bu il valyuta bazarına daha çox dolların daxil olacağı şübhəsizdir:

“Bazarda tarazlıq əldə edilərsə, əks-dollarlaşma prosesinə başlanılarsa, o zaman bazarın da dollar təklifi arta bilər. Neft Fondunun Mərkəzi Banka transferləri indiki məzənnə ilə təxminən 4 milyard dollardan bir az artıqdır. Xatırlayırsınızsa, mən 2015-ci ildə hökumətə təqdim etdiyim təkliflər paketində və eləcə də ötən il ərzində sosial şəbəkələrdəki açıqlamalarımda hökumətə 4 milyard dollar rezervi konvertasiya edərək bazara çıxarmağı təklif edirdim. Bu təklif 2015-ci ildə deyil, 2 il sonra reallaşdı. Neft Fondundan 2017-ci ildə Mərkəzi Banka 7,5 milyard manatlıq transfer doğru addımdır”.

V.Bayramov qeyd edib ki, artıq MB-nin pul-kredit siyasətinin də dəyişdirilməsinə ehtiyac var:

“Valyuta bazarında cari tələbi ödəyib çevik siyasətlə əks-dollarlaşma prosesinə başlamaq baş bankın əsas hədəfi olmalıdır. Əgər Neft Fondu öhdəliklərinə tam əməl edərək makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Mərkəzi Banka olan transfer də daxil olmaqla 7,7 milyard dolları hərraclarda satarsa və neftin dünya bazar qiymətində kəskin azalmalar və eləcə də digər fors-major hallar baş verməzsə, o zaman Mərkəzi Bank manatın dollara mövcud məzənnəsini müəyyən kənarlaşmalar ilə qoruyub saxlamağa çalışacaq”.

Tarix
2017.01.11 / 13:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla