Yuxarı

Xalq artistləri arasında qalmaqal – Efir qadağası

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Flora Kərimovaya bütün televiziyalar efir qadağası qoyub.

Bu barədə Musavat.com-a danışan xalq artistinin sözlərinə görə, efir qadağasının səbəbi həmkarı Zeynəb Xanlarova haqqında dediyi fikirlər olub:

“Hər yerdə mənə qadağa qoyulub, keçmişdəki kimi... Zeynəb Xanlarova unudur ki, mən ona Nisə Qasımova deyiləm Azərbaycandan illərlə didərgin etsin. Mənim bu millətə, torpağa haqqım var. Açıq sözə, fikrimə görə qorxmadan hansısa addımı atmağa haqqım var. O haqqımı Zeynəb deyil, Zeynəbin Zeynəbi gəlsin, əlimdən ala bilməz.

Mənim dilimdən onun mərhum prezident Heydər Əliyevə qarşı olan etibarsızlığı açıqlanandan sonra televiziya kanalları mənə efir qadağası qoyub. Bu yolla kolda gizlənib, özgənin əli ilə məni susdurmaq istədi. O, həqiqətdən qorxdu. Bir də hər kəsin bildiyi ”Şəki əhvalatı"nı açıqlayacağımdan qorxdu.

Məni susdurmağa ordenləri yan-yana düzən Zeynəbin də gücü çatmaz. Nahaq yerə belə etdi, mindirdi məni cin atına... Haralarasa yuxarılara dırmaşıb. Onlar da ya Mətbuat Şurasına dırmaşıb, ya da hansısa bir yuxarılara... Amma dəxli yoxdur, məni susdura bilməz. Oturmuşdum bir kənarda... Siyasətdən çoxdan gedən bir insanı cin atına mindirməsin".

Xatırladaq ki, ötən ilin xalq artisti Flora Kərimova həmkarı Zeynəb Xanlarova haqqında ağır ittihamlar səsləndirmişdi.

Tarix
2017.01.12 / 10:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla