Yuxarı

E-hökumətin təşkili işləri yüksək qiymətləndirilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə Rəqəmsal Avstriya Platformasının xüsusi nümayəndəsi Kristian Rup ölkədə elektron hökumət, elektron xidmətlər və elektron kommersiya sahəsində mövcud vəziyyətin təhlili və bu sahənin təkmilləşdirilməsı üzrə təkliflərin hazırlanması üçün Azərbaycana gəlib.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, Rəqəmsal Avstriya Platforması Avstriya hökumətinin elektron hökumət və informasiya kommunikasiya texnologiyaları sahəsinin əlaqələndirici qurumudur. Elektron xidmətlərin təşkili sahəsində Avstriya Avropa İttifaqının ən qabaqcıl ölkələrindən biridir. K.Rup səfər zamanı Azərbaycanda elektron hökumətin təşkili ilə baglı cari vəziyyətlə tanış olub. Bununla əlaqədar ölkənin "Elektron hökumət" portalının operatoru olan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində görüşlər keçirib. K.Rup elektron hökumət və elektron xidmətlərin təşkili sahəsində Azərbaycanda görulən işləri yüksək qiymətləndirib.

Rabilə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində təşkil olunan seminarda K.Rup Avstriyada elektron hökumətin və elektron xidmətlərin təşkilinə dair geniş təqdimatla çıxış edib. K.Rupun Azərbaycana səfəri Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin dəstəyi ilə həyata keçirilib.

Qeyd edək ki, son görülmüş işlərin nəticəsi olaraq artıq "Elektron hökumət" portalında elektron xidmətlərin sayı 430-a çatıb.

Tarix
2017.01.15 / 01:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla