Yuxarı

Erməni KVN-çilərin təxribatı baş tutmadı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənclər və İdman Nazirliyi şən və hazırcavablar klublarının (KVN) Rusiyanın Soçi şəhərində keçirilən 28-ci beynəlxalq festivalı ilə bağlı bəyanatla çıxış edib.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, bəyanatda bildirilir ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim adından fəaliyyət göstərən “С хлебом и солью” və “DeleYaman” KVN komandalarının 10-23 yanvar 2016-cı il tarixində Soçidə keçirilən 28-ci Beynəlxalq KVN festivalına dəvəti ilə əlaqədar məsələyə müdaxilə edilməsi üçün gənclər və idman naziri Azad Rəhimov tərəfindən KVN Beynəlxalq İttifaqının prezidenti Aleksandr Maslyakova məktub göndərilib və festivalın təşkilat komitəsi ilə danışıqlar aparılıb:

"Qoyulan əsas tələb ya o komandaların orada Xankəndi adı altında Azərbaycanı təmsil edərək iştirak etmələri, ya da yarışmadan ayrılmaları idi. Bununla yanaşı, bu mövzu ilə əlaqədar olaraq Xarici İşlər Nazirliyi tərəfindən bəyanat verilib, Rusiya XİN-nə nota göndərilib. Ermənistan yarışın seçmə mərhələsinə ümumilikdə 5 komanda ilə qatılıb. Bu komandalardan 2-si Xankəndini, 2-si Ermənistanı, 1-i isə “Ermənistan yığması” adı altında Moskvanı təmsil edib. Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim adından fəaliyyət göstərən “С хлебом и солью” və “DeleYaman” komandalarının iştirakı yalnız 500 komandanın qatıldığı və 10-14 yanvar tarixlərində aparılan seçmə mərhələ ilə məhdudlaşıb. Ermənistanın 28-ci Beynəlxalq KVN festivalını Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təbliğat meydanına çevirmək kimi çirkin niyyəti və planı baş tutmayıb. Ermənistan tərəfi bu uğursuzluğa bəraət qazandırmaq üçün seçmə mərhələdə 500 komanda arasında 2-3 dəqiqəlik “razminka”nı iştirak kimi təqdim etməyə çalışır. Qeyd edək ki, Ermənistan 2-ci tura yalnız Moskvada olan “Ermənistan yığması” ilə keçə bilib. Ümumilikdə 2-ci mərhələyə 81 komanda vəsiqə qazanıb ki, onların arasında Azərbaycan təmsilçiləri də var”.

Tarix
2017.01.16 / 14:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla