Yuxarı

Zəncirvari qəzalarda dəyən ziyanı kim ödəməlidir? – Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

ARB TV-nin efirində yayımlanan "Günün ardınca" verilişində zəncirvari qəzalarda dəyən ziyanı kimlərin ödəməsi məsələsinə aydınlıq gətirilib.

Avtonəqliyyat qəzaları zamanı bəzən sürücülər və sığorta şirkətlərinin mütəxəssisləri arasında anlaşılmazlıqlar yaranır. Bu kimi hallar əsasən zəncirvari qəzalarda baş verir. Dəymiş ziyanın kim tərəfindən ödənilməsi mübahisə doğurur. Sürücü iddia edir ki, zərəri sığorta şirkəti ödəməlidir. Amma bir sıra hallarda ödənişi sürücü özü edir.

Bibiqulu Ramazanov (mütəxəssis): İcbari sığortada əmlaka dəyən zərər əmlaka dəyən zərərə görə cəmi 5 min manat pul ayrılır. Baxmayaraq ki, 55 min manatdır, amma onun 50 mini insanlara görə ayrılır. 20 min manatlıq zərər dəysə, onun 5 minini sığorta şirkəti ödəyir, digər qalan məbləği isə zərərçəkənlər məhkəmə yolu ilə sürücüdən tələb edə bilərlər.

Əgər sürücü sərxoş və ya sürücülük hüququ olmadan avtomobil idarə edərkən qəza törədibsə, qarşı tərəfə dəymiş ziyan sığorta şirkəti tərəfindən ödənilir. Sonra sözügedən şirkətin ödədiyi məbləğ şirkət tərəfindən məhkəməyə müraciət olunaraq sürücüdən alınır.

Rəşad Həbibov (DYP-nın əməkdaşı) : Qəza törədib hadisə yerindən qaçan sürücülər 327.6 maddəsi ilə 100 manat və 4 balla cərimələnirlər. Əgər sığortası varsa, zərər verdiyi avtomobilin 5 manatlıq zərərini qarşılamalıdır.

Ümumilikdə qəza yerinin ekspertiziyasını DYP-nın əməkdaşları həyata keçirir. Verilən qərara əsasən sığorta şirkətləri zərərçəkənlərə konpensassiya ödənişi edirlər. Bu mütəxəssislər DYP-nın qərarlarına etiraz edə bilməz.

Tarix
2017.01.16 / 21:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində...

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla