Yuxarı

Cəriməsini ödəməyən piyadalara qarşı: Sərt cəza - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yol hərəkəti qaydalarını sürücülərlə yanaşı, piyadalar da pozurlar və buna görə cərimələnirlər. Statistika göstərir ki, piyadaların bir qismi cərimələri ödəməyə meyilli deyillər. Baş Dövlət Yol Polisi İdarəsi belə piyadalara sərt xəbərdarlıq edib. Onların ölkədən çıxılına məhdudiyyət qoyula bilər.

Xəzər xəbər-in məlumatına görə, cəriməsini ödəməyən piyadalara qarşı sərt tədbirlər görüləcək.

Onların ölkədən çıxışına məhdudiyyətlərin qoyulacağı gözlənilir. Bununla yanaşı, hansısa sənədlərin alınması zamanı cərimənin olub-olmaması nəzərə alınacaq.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin sözlərinə görə, məqsəd piyadaların bu məsələdə məsuliyyətlərini artırmaqdır.

Əksər piyadalar elə düşünürlər ki, cərimələrin ödənilməsinə nəzarət edən yoxdur. Amma qanunvericilik bunun tam əksini deyir.

Hazırki qaydalara əsasən, piyadalar cərimələrinin ödənilməsini bir aydan da çox ləngidərlərsə, onda onlara qarşı müəyyən tədbirlər həyata keçirilir. Bu hətta onların əmlakına həbs qoyulması ilə də nəticələnə bilər.

Qeyd edək ki, yol hərəkəti qaydalarını pozan piyadalara qarşı cərimə məbləği 20 manatdır. Bu cərimə 3 ay ərzində ödənilmədikdə üzərinə faiz hesablanır və 32 manat təşkil edir.

Tarix
2017.01.18 / 00:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla