Yuxarı

Bakıda bu taksilərin qiyməti ucuzlaşdı - Siyahı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son vaxtlar Bakıda fəaliyyət göstərən taksi şirkətlərində qiymət artımının olduğu deyilir.

Axar.az xəbər verir ki, paytaxt sakinləri eyni məsafəyə bəzən fərqli – baha qiymətə getdiklərini bildirirlər.

Ötən ilin mayında taksi şirkətlərinin qiymətini araşdıraraq, ən ucuz taksi xidmətini müəyyən etmişdik. Vətəndaşların taksi şirkətlərinin qiymətləri qaldırması ilə bağlı dediklərini nəzərə alaraq, həmin şirkətlərə zəng edib, qiymət artımının olub-olmamasını yoxladıq.

Ünvan olaraq isə ötən il olduğu kimi, Bakının Binəqədi rayonu, 7-ci mikrorayonunda yerləşən keçmiş Beynəlxalq Universitetdən “İçərişəhər” metrosu istiqamətini (məsafə 10-12 km - red.) seçdik.

Araşdırmanın nəticəsindən məlum oldu ki, ötən ilə nisbətən 5 şirkətdən yalnız üçünün qiymətində dəyişiklik – 50 qəpik-1 manat arasında ucuzlaşma olub.

*9111 - Ekonom taksi

Ötən il: 5,20 manat

Bu il: 5,20 manat

*2424 taksi

Ötən il: 5,70 manat

Bu il: 5,70 manat

*5959 Felix taksi

Ötən il: 5,70 manat

Bu il: 5,20 manat

*8844 - Siti taksi

Ötən il: 6,20 manat

Bu il: 5,20 manat

189 taksi xidməti

Ötən il: 7 manat

Bu il: 5,90 manat

Qeyd: *9933 taksi şirkəti ilə əlaqə yaratmağa çalışsaq da, mümkün olmadı.

Tarix
2017.01.18 / 09:18
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla