Yuxarı

Lotu Qulinin məhbəsdən məktubu: "Lənkəranskinin…"

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Yekaterinburq vilayətində yaşayan azərbaycanlılar 44 yaşlı qanuni oğru Nadir Səlifova (Lotu Quli) biət ediblər. Ural federal dairəsinin aparıcı kütləvi informasiya vasitələrindən olan ura.ru saytı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən qeyd edir ki, hazırda sözügedən kriminal avtoritet Azərbaycanda məhkumluq həyatı yaşayır.

Virtualaz.org sözügedən portalın məlumatına əsasən bildirir ki, Lotu Quli həbsdə olmasına baxmayaraq, Uralda əvvəllər Rövşən Canıyevə (Rövşən Lənkəranski) məxsus yeri tutub. Xatırladaq ki, Lənkəranski ötən ilin avqust ayının 18-də Türkiyədə sui-qəsd nəticəsində öldürülüb.

“Əvvəllər Sverdlovsk alverçiləri Rövşənə xərac verirdilər, indi isə ona verəcəklər”, - nəşr iddia edir.

Nəşr Lənkəranskinin qətlinə az qalmış Rusiya və Azərbaycan islah koloniyalarında Qulinin müraciətinin yayıldığını xəbər verib. Sitat: “...Həmçinin Sizi Rövşən Lənkəranski ilə bağlı məlumatlandırmaq istəyirəm: o, heç kimdir və onun adı yoxdur, bu, oğruların qərarıdır. O ki qaldı Hacı və Rüfətə, bu fırıldaqçılar insanlar arasında yalan yayırlar. Bu cür yaramazlar hər zaman olub və onlar ciddi sorğu-sual olunacaqlar. Bu notlarda Sizinlə vidalaşmaq istəyirəm və Sizə uğur, işlərinizdə müvəffəqiyyət və əlbəttə, Qızıl Azadlıq arzulayıram. Özünüzdən muğayat olun. Ən xoş arzularla Mən, Oğru Quli. Bu müraciəti Azərbaycanın və Rusiyanın bütün düşərgələrində yaymalı".

Rusiya nəşrinin yaydığı Lotu Qulinin “praqon” adlandırılan bu müraciət haqda Azərbaycan KİV-lərində məlumat dərc edilməyib. Məktubda adı keçən Hacı və Rüfət isə Lənkəranskinin yaxın adamlarıdır. Çox güman ki, söhbət Hacı Beyləqanski kimi tanınan Hacı Talıbxanlıdan və Rüfət Gəncinski kimi tanınan Ülfət Tağıyevdən gedir. O, 2015-ci ildə Rusiyada 8 il müddətinə azadlıqdan məhrum edilib. Onun Azərbaycana ekstradisiya olunub-olunmaması barədə dəqiq bilgi yoxdur. Hacı Beyləqanskinin isə azadlıqda olduğu deyilir...

Rusiya kriminallarının Ural uğrunda savaşı yeni xəbər deyil. Bu təbii sərvətlərlə də zəngin və böyük bir ərazini əhatə edən bölgə uzun illər Ded Xasan ləqəbli qanuni oğru Aslan Usoyanın qətlinədək onun nəzarətində idi. 2014-cü ilin dekabrınadək Yekaterinburqun (1991-ci ilədək Sverdlovsk adlanıb-Y.M.) “smotryayuşi”si Ded Xasan kimi tanınmış qanuni oğru Aslan Usoyanın qohumu Timur Mirzoyev idi. Timur Mirzoyev 1962-cı ildə Tiflisdə anadan olub və Dedin yaxın qohumu idi. O, 15 ildən çox məhkum həyatı yaşayıb. 1992-ci ildə vərəmli xəstələr üçün Nijni Tagel həbsxanasından azad olunandan sonra o, Dedin Uralda səlahiyyətli nümayəndəsi təyin edilib. Tezliklə Timur Mirzoyev Uralda əsas söz sahibinə çevrilib və “Sverdlovsk” ləqəbi alıb. Timur Sverdlovski 2014-cü ilin yanvarında Moskvada təcridxanada vərəmdən ölüb. Timur Sverdlovski milliyyətcə yezidi kürd idi. Aslan Usoyan öldürüləndən sonra onun qruplaşması zəiflədi və Rövşən Lənkəranski bu bölgədə möhkəmlənə bildi. Amma Lənkəranski qətlə yetirilməzdən bir müddət əvvəl OMON Yekaterinburqda bir neçə əməliyyat keçirdi və Lənkəranskinin adamları həbsə alındı.

Timur Mirzoyevin ölümündən sonra Uralda nəzarətçi postunun boş qalması o demək deyildi ki, Ded Xasan klanı buranı rahatlıqla əldən verəcək. Rusiya kriminal aləminin ən nüfuzlu nümayəndələrindən biri olan “Şakro Molodoy" ləqəbli Zaxari Kalaşov (indi o da həbsdədir-Y.M.) 2014-cü ilin oktyabrında İspaniya həbsxanasından azadlığa buraxıldıqdan sonra Ded Xasan klanına rəhbərlik etməyə başladı və Urala nəzarət uğrunda mübarizə yenidən qızışdı.

Rövşən Lənkəranskinin qətlindən sonra onunla uzun illərdir ki, konfliktdə olan Qulinin mövqelərinin güclənəcəyi gözlənilən idi. Bir müddət əvvəl “Rosbalt” agentliyinə Rusiya xüsusi xidmət orqanlarındakı mötəbər mənbəyə istinadən yazmışdı ki, Lotu Quli və Gürcüstan doğumlu Vaqif Bakinski kimi tanınan Vaqif Süleymanov güclərini birləşdiriblər. Bildirilirdi ki, yeni klan bir-birinin ardınca Moskva və Moskva ətrafında gəlirli ticarət obyektlərini, ticarət mərkəzlərini, bazarları öz nəzarətlərinə alır.

Lənkəranskinin ən iri aktivlərindən olan göyərti, tərəvəz və meyvə topdansatış bazarları uğrunda mübarizənin təkcə Moskvada deyil, digər bölgələrdə də başlayacağı gözlənilən idi. İddia var ki, Lənkəranskinin bazarları uğrunda mübarizəyə gürcü və çeçen qanuni oğrular da qoşulub.

Tarix
2017.01.18 / 09:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla