Yuxarı

Çovdarovun məhkəməsində şübhəli bığlı kişi...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabunçu Rayon Məhləməsində ləğv edilmiş MTN-nin generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi bu gün də davam etdirilir.

Musavat.com xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə başlayan prosesdə jurnalistlərin iştirakı məsələsi müzakirə olunub.

Akif Çovdarovun vəkili Kamandar Nəsibov jurnalistlərə məhkəməyə buraxılacaqları ilə bağlı məlumat verib. Media nümayəndələri məhkəmə binasına daxil olsa da sonradan polis əməkdaşı onların girişinə icazə verilmədiyi deyib.

Çovdarovun digər vəkili Sadiq Rəsulov isə musavat.com-a deyib ki, ötən prosesdə hakim Həbib Həsənov jurnalistlərin məhkəməyə buraxılması ilə bağlı məhdudiyyətin olmadığını söyləyibmiş: "Məhkəmədə başqa jurnalist var. Biz ötən proses onu ifşa etdik. Həmin şəxs israr etdi ki, zərərçəkmişlərdən birinin nümayəndəsidir. Amma məlum oldu ki, yalan danışır. Akif Çovdarov da digər jurnalistlərin prosesə buraxılmasını istədi. Amma bu gün yenə də jurnalistlərlə bağlı məsələ müzakirə edildi. Polis deyir ki, bu barədə göstərişi hakim Həbib Həsnovdan alıb və jurnalistləri zala buraxa bilməz. Amma hakim isə deyir ki, polisə belə bir tapşırıq verməyib və verə də bilməz".

Vəkillərin dediyinə görə, ötən prosesdə Akif Çovdarov zalda əyləşən şəxslərdən birinin jurnalist olması haqda bunları bildirib: "Arxada əyləşən bığlı kişi jurnalistdir və burada olanları qərəzli şəkildə yazır".

Media nümayəndələri də məhkəmə binasının polis nəzarətçisindən məsələyə münasibət öyrəniblər. Polis əməkdaşı deyir ki, jurnalistləri məhkəməyə buraxmamaq göstərişini hakim Həbib Həsənovdan alıb.

Hakim Həbib Həsənov ilk gündən məhkəmə prosesinin media nümayəndələrinə qapalı olmadığını demişdi.

Bildirək ki, A.Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.

Tarix
2017.01.18 / 13:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla