Yuxarı

Yol polisindən ev heyvanları ilə bağlı xəbərdarlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyinin vә Baş Dövlət Yol Polis İdarəsi yol nәqliyyat hadisәlәrinin ağırlıq dәrәcәsinin azaldılması istiqamәtindә Qaradağ rayonu və qәsәbәlәrindә əhali arasında tәbliğat vә tәşviqat tədbiri keçirib.

Axar.az xəbər verir ki, rayonun Ümid, Səngəçal, Qobustan və Ələt qəsəbələrində keçirilən tədbirlərdə bildirilib ki, respublika yollarında baş vermis yol nəqliyyat hadisələrinin geniş vә hәrtәrәfli tәhlili aparılıb, elәcә dә hadisәlәrin baş vermә sәbәblәri vә onlara qarşı mübarizә vәziyyәti geniş müzakirә edilib. Vәtәndaş müraciәtlәrinin mәzmunundan müәyyәn olunub ki, hadisәlәrin qarşısının alınması üçün profilaktiki tәdbirlәr görülməlidir.

Bildirilib ki, respublika yollarında baş vermiş yol nәqliyyat hadisәlәrinin qarşısını almaq üçün vətəndaşlar evdә, mәktәbdә, iş yerlәrindә әhali ilә fәrdi söhbәtlәr aparmalı, yollarda piyadaların yolu düzgün keçmәsi üçün piayadalar üçün nәzәrdә tutulmuş yeraltı vә yerüstü piyada keçidlәrindәn sәmәrәli vә düzgün istifadә etməlidirlər:

“Bundan başqa, yol kәnarında yaşayan qәsәbә sakinlәrinin bәzilәri öz hәyәtlәrindә iri vә xırda buynuzlu heyvanlar saxlayırlar. Elә hallar olur ki, heyvanlar nәzarәtsiz qalır vә onlar yolun hәrәkәt hissәsinә çıxaraq nәqliyyat vasitәlәrinin normal hәrәkәtinә maneçilik törәdir vә nәticәdә bu, ağır yol nәqliyyat hadisәsinin baş vermәsinә sәbәb olur. Heyvan sahiblәrinin nәzәrinә çatdırırıq ki, mal-qara nәzarәtsiz olaraq yola çıxarsa, heyvan sahiblәri birbaşa mәsuliyyәt daşıyırlar. Kәnd tәsәrrüfatı vә digәr tәyinatlı texnikaların günün qaranlıq vaxtı yollarda hәrәkәtini mәhdudlaşdırmaqla, baş verә bilәcәk yol nәqliyyat hadisәlәrinin qarşısını almış olursunuz. Bildirirәm ki, yolların çiyinlәrindә vә tәhkim zolaqlarında qadağan olunmuş küçә ticarәti ilә mәşğul olmaqla, siz sağlamlığınızı vә satdığınız әmlakı tәhlükә altına qoymuş olursunuz”.

Tarix
2017.01.19 / 01:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla