Yuxarı

Nazirliyin yarmarkasında insident; Məmur-satıcı davası

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Axar.az" xəbər verir ki, insident saat 13 radələrində yarmarkada meyvə satıcısı ilə özünü dövlət məmuru kimi təqdim edən şəxs arasında yaranıb.

Qiymət və çəki üstündə yaranan insidentdə satıcı özünü məmur kimi təqdim edən şəxsi söyüş söyməkdə, təhqiramiz ifadələr işlətməkdə günahlandırıb. Səs-küyə yarmarkaya nəzarət edən polis əməkdaşları gəlib. Ancaq mübahisə edən tərəfləri sakitləşdirmək mümkün olmayıb ("Aznews.az").

Əraziyə çox sayda satıcı və alıcının toplaşdığını, səs-küyün artdığını görən polis əməkdaşı mübahisə edən tərəfləri problemi həll etmək üçün nəzarət otağına aparmağa məcbur olub.

Nəzarət otağında satıcı özünü məmur kimi təqdim edən şəxsin onu təhqir etdiyini bildirməkdə davam edib və ondan xidməti vəsiqəsini göstərməyi tələb edib.

Vəziyyətin daha da gərginləşdiyini görən polis əməkdaşı insidenti aradan qaldırmaq üçün Kənd Təsərrüfatı Nazirliyini əməkdaşını çağırmağa məcbur olub.

Yalnız bundan sonra tərəfləri sakitləşdirmək və yarmarkanın fəaliyyətini tam bərpa etmək mümkün olub.

Tarix
2013.11.10 / 15:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

Prezidentlər Ağdamda Cümə məscidinin açılışında...

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla