Yuxarı

Başımızın üstündəki qılınc

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada yaşayan azərbaycanlılara qarşı başlanan "əcinnə ovu" kampaniyası getdikcə genişlənir. Hələ seçkidən xeyli öncə başlanan bu diskriminasiya prosesi ilə bağlı o zaman belə gümanlar vardi ki, Rusiya bu yolla Azərbaycan iqtidarına təsir göstərib, ona öz şərtlərinini qəbul etdirmək istəyir. Putinin seçki ərəfəsi səfərindən sonra ölkədə antirusiya ritorikasına son verməsi belə təəssürat yaratdı ki, şimal qoşumuzla diplomatik problem aradan qalxıb və demək, Rusiyada yaşayan azərbaycanlılara da münasibət dəyişəcək.

Ancaq proqnozlar doğrulmadı: Orxan Zeynalov hadisəsi ilə azərbaycanlıların sıxışdırılması və təzyiqlərə məruz qalması yenidən gündəmə gəldi. Əlbəttə, bu baş verənlərə kriminal olaylar kimi baxmaq doğru olmazdı. Düzdür, Rusiya cəmiyyətinin kriminal göstəriciləri kifayət qədər yüksəkdir. Bu ölkədə əvvəllər də ruslar və başqa millətlərin nümayəndələri cinayətin qurbanı olublar. Lakin Orxan Zeynalovla bağlı baş verənlər və bu işin Rusiya Daxili İşlər Nazirliyi səviyyəsinə qədər qaldırılması onu göstərdi ki, olayın arxasında siyasi məqsələr güdülür.

Rusiyanın azərbaycanlı (həm də qafqazlı, Orta asiyalı) miqrantlara qarşı başlatdığı bu sıxışdırma kampaniyası ilə həmvətənlərimizi oradan çıxarmaq istədiyi o qədər də inandırıcı görünmür. Çünki sayı iki milyona çatan azərbaycanlı miqrantların bu ölkədə xidmət sektoru sahəsində xüsusi ağırlığı var və bu boşluğun yaranması Rusiya üçün diqqətə alınmayacaq problem sayılmır. Daha çox ehtimal olunur ki, bu təzyiqlərin son vaxtlar daha da intensivləşməsi qarşıdan gələn Vülnüs samiti ilə bağlıdr. Rusiya Azərbaycanın Avropa Birliyinin təklif etdiyi assosasiya sazişini imzalamasından çox narahatdır və bu, strateji baxımdan Qərbin Qafqazda söz sahibi olması, Rusiyanın yaxın maraq dairəsi saydığı ərazilər üzərində təsirini itirməsi deməkdir. Ona görə də miqrantların sıxışdırılması ilə Azərbaycan təhdid olunur.

Azərbaycanı bu təhdidə açıq edən səbəb ölkəmizdəki mövcud durumdur. Çünki bu gün Rusiyaya üz tutan yüz minlərlə azərbaycanlının əsas məqsədi qazanmaq, iş sahibi olmaqdır. Azərbaycanın son illər iqtisadi vəziyyəti öz vətəndaşlarını yüksək səviyyədə saxlamağa imkan versə də, mövcud vəziyyət - korrupsiya, inhisarçılıq, məmur özbaşınalığı – bu imkanları vətəndaşlardan alır və nəticədə, Rusiya yüz minlərlə narazı insanı geri qaytarmaq təhdidi əldə edə bilir.

Demək, bu gün ölkədə mövcud olan problemlər aradan qaldırılmazsa, ölkədən didərgin düşmüş həmvətənlərimiz Rusiyanın əlində daimi təzyiq vasitəsi olacaq.

Demək, bu gün xarici təhdidlərdən qurtulmağın yolu ilk növbədə bütövlükdə Azərbaycan vətəndaşlarının rahat həyatına imkan yaradan dəyişikliklərin edilməsindən keçir. Çünki Rusiya azərbaycanlı miqrantlardan bu gün təzyiq vasitəsi kimi istifadə edirsə, sabah daha radikal qərarlara əl atmayacağına da təminat yoxdur.

Tarix
2013.11.10 / 20:50
Müəllif
Zümrüd Yağmur
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla