Yuxarı

Səkkiz guşə ayaqlar altında - Ukraynadan baxış

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu yaxınlarda Bakıda keçirilən III Beynəlxalq Humanitar Forumdan qayıtmış ukraynalı alim dostum Oleq Kupçikin qaldığı mehmanxana (Four season) dəniz kənarında yerləşir. Oradan Bayıldakı bayraq meydanı üzərində dalğalanan üçrəngli, ay və səkkiz guşə ulduzlu əzəmətli bayrağımız çox gözəl görünür.

Bakıdan qayıtmış ukraynalı qonaqlar mənə bu bayrağın tarixi, onun üzərindəki rəng və elementlərin, işarələrin mənası ilə bağlı suallar verdilər.

Xatırladım ki, Azərbaycanda üçrəngli dövlət bayrağı 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilib. 1920-ci il aprelin 28-də Azərbaycanın bolşeviklər tərəfindən işğalından sonra bu bayraqdan imtina edilib.

Azərbaycan dövlətinin rəmzlərinin toxunulmaz, müqəddəs olması Konstitusiyanın 23-cü maddəsində öz əksini tapıb.

Bayrağımıza sayğı himnimizdəki aşağıdakı ifadələrdə öz əksini tapir:

Namusunu hifz etməyə,

Bayrağını yüksəltməyə,

Cümlə gənclər müştaqdır!

Şanlı Vətən, şanlı Vətən!

Azərbaycan, Azərbaycan!

Bu gün doğma Azərbaycanımızın üç rəngli bayrağı dövlət orqanları, səfirliklər, beynəlxalq təşkilatların üzərində əzəmətlə dalğalanaraq, müstəqilliyimizə, suverenliyimizə işarə edir.

Bayrağımızda olan mavi rəng türkçülüyün; qirmizi rəng müasirlik və demokratiyanın; yaşıl rəng islamın simvoludur.

Bəs səkkizguşəli ulduzun mənşəyi nədir?

Umumiyyətlə, bir çox dövlətlərin bayraqlarında beş, altı guşəli ulduzlar var.

Hələ qədim zamanlarda müxtəlif tayfalar 5,6,7,8 guşəli ulduzları özlərinin rəmzi kimi seçir və onların mistik məna daşıdığına inanır, bu rəmzləri müqəddəsləşdirirdilər.

Səkkizguşəli ulduzun tarixi çox qədim zamanlara gedir. Qədim şumerlərdə səkkizguşəli ulduz heroqlif-işarə olaraq, "tanrı, səma, ulduz" anlamını daşıyırdı.

Vavilonda isə bu ideoqramma "tanrı, günəş, ulduz, il" anlamındaydı.

Qədim Hindistanda isə səkkizguşəli ulduz kişi və qadın birliyini ifadə edərək, həyat və yaradıcılıq rəmzinə çevrilmişdi.

Qədim Çində isə dünyanın səkkiz tərəfinin (dörd əsas və dörd aralıq) olduğunu iddia edir və bunu səkkizguşəli ulduzla ifadə edirdilər.

Səkkizguşəli ulduz eyni zamanda çoxallahlı inanclı sistemə dayanan qədim tayfalarda dörd qadın və dörd kişi ilahəsinin rəmzidir.

Səkkiz şaxədən ibarət sufi təlimini səkkizbucaqlı ulduz simvolizə edir.

Əgər yəhudilərin rəmzi olan və dövlət bayraqlarında təsvir olunmuş Davud ulduzu təpələrindən biri yuxarı, digəri isə aşağı baxan iki bərabər tərəfli üçbucaqdırsa, səkkizguşə ulduz isə 45 dərəcə bucaq altında üst-üstə qoyulmuş iki kvadratdan ibarətdir. Kvadrat dördtərəfli fiqur olduğundan, dörd istiqamətə, dörd fəsilə, həyatın dörd əsasına, yəni, "torpaq, hava, su, atəşə" işarədir.

Türkmənistanın dövlət gerbi səkkizguşəli ulduz fonunda yerləşir.

Türkmənistanın prezident standartında da səkkizguşəli ulduz yaşıl bayraq üzərində öz əksini tapıb.

Bir çox müsəlman-türk tayfalarında səkkizguşəli ulduz memarlıq, tətbiqi incəsənət dekorasiyasına çevrilib.

Səkkizguşəli ulduz Türkmənistanın paytaxtı Aşqabadın bir çox məscidlərinin günbəzini bəzəməklə, cənnətin darvazaları anlamını verir.

Qədim türk məskənlərindən biri olan Krımın bir çox əski camilərinin günbəzlərini səkkizguşəli ulduz şəklində olan naxışlar bəzəyir.

Yəni, bu gün də səkkizguşəli ulduz təkcə Azərbaycan və azərbaycanlılar üçün deyil, digər türk kökənli millətlər üçün də müqəddəs rəmzə çevrilib.

Bəs bizim bayrağımızın üzərindəki səkkizguşəli ulduzun mənası nədir?

Tarixçilərin bildirdiklərinə görə, Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən üçrəngli bayraq dövlət bayrağı kimi qəbul olunanda, orada rənglərin mənası göstərilib. Amma səkkizguşəli ulduzun mənası açıqlanmayıb. Bayrağın üzərindəki səkkizguşəli ulduzun mənaları barədə müxtəlif fikirlər var. Hətta alim və tədqiqatçıların da bu məsələdə fikirləri üst-üstə düşmür.

Tarixçi Cəbi Bəhramov: "Bayrağın üzərindəki səkkizguşəli ulduzun mənasına gəlincə bu, "Azərbaycan" sözünün əski əlifbada yazılışı ilə bağlıdır. Belə ki, əski əlifbada "Azərbaycan" sözü səkkiz hərflə yazılır.

Tarixçi alim Cəmil Həsənli bildirib ki, ay-ulduz türk simvolları hesab olunur. Qədim türk mifologiyasına görə, ulduzların sayı həmin xalqların taleyində rol oynayır. Ulduzlar səkkiz guşə kimi düzüləndə, həmin xalqın taleyində xoşbəxt hadisə baş verir".

Səkkizguşəli ulduzun mənasını tarixçi alim Akif Məmmədli belə açıqlayıb: "Rəsulzadə dövlətin prinsiplərini müəyyənləşdirərkən səkkiz prinsipə əsaslanıb: bunlar türkçülük, islamçılıq, çağdaşlıq, dövlətçilik, demokratiklik, bərabərlik, azərbaycançılıq və mədəniyyətlilikdir".

Nəsib Nəsiblinin sözlərinə görə, ulduzun səkkizguşəli olması ilə bağlı müxtəlif versiyalar var: "Səkkizguşəli ulduz "cənnətin səkkiz qapısı" anlamına gəlir. Səkkiz rəqəmi daha çox şiəliklə bağlıdır. Bu, həmin dövrdə Azərbaycan əhalisinin çoxunun şiə olması ilə də izah oluna bilər. Həmin dövrdə Osmanlı dövlətinin bayrağı yeddiguşə ulduzlu idi".

N. Nəsiblinin sözlərinə görə, Cümhuriyyət qurucularının məhz bu ideyaya görə bayrağı səkkizguşəli etdiklərini demək çox çətindir və risk tələb edir: "Bu, ehtimallardan yalnız biridir. Beş guşəli ulduz xristianlığı, altı guşəli ulduz yəhudiliyi, yeddi guşəli ulduz sünniliyi, səkkiz guşəli ulduz şiəliyi, doqquz guşəli ulduz isə bəhailiyi ifadə edir. Hər halda, səkkizguşəli ulduzun mənaları ilə bağlı elə bir konkret izaha rast gəlməmişəm. Yalnız ayla ulduzun xoşbəxtlik rəmzi olması haqqında məlumatlarla tanışam".

Zabitlərimiz də çiyinlərində səkkizguşəli ulduzlu paqonlar daşıyırlar.

Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin də nişanının əsasını səkkizguşəli ulduz təşkil edir.

Onu da qeyd edim ki, rəmzlərin və onlardakı işarələrin tarixi əhəmiyyəti vardır. Milli şüurun formalaşmasında da rəmzlərin əhəmiyyəti danılmazdır.

İkinci Dünya müharibəsi zamanı almanlar Danimarkanı işğal edərkən əmr ediblər ki, şəhərin yəhudi sakinləri səhər tezdən döşlərinə altı guşəli Davud ulduzu taxaraq Kopenhagen şəhərinin mərkəzində yerləşən Stokholm meydanına toplansınlar. Ölkənin Kralı və Kral ailəsi döşlərinə altıguşəli yəhudi ulduzu taxaraq deyilmiş vaxtda yəhudilərlə bərabər meydana çıxırlar. Alman komendantı Kral ailəsinin bu cəsarətli addımından çaşaraq, nəzərdə tutduğu tədbirdən vaz keçir. Sadə bir rəmz yüzlərlə, minlərlə yəhudinin məhvinin qarşısını alır. Rəmzləri bilmək, yerində və vaxtında istifadə etməyin hikməti böyükdür.

Ona görə də təkcə bayrağa yox, eyni zamanda ondakı işarə və simvollara da hörmət etmək lazımdır.

Corc Buş ayaq altında

Bir haşiyə çıxmaq istərdim. 1990–cı ildə Küveyti əski İRAQ torpağı hesab edərək Səddam Hüseyn oraya hücum etdi və qonşu ölkəni işğal etdi. Lakin 1991-ci ildə ABŞ prezidenti Corc Buşun göstərişi ilə ABŞ hərbi qoşunları İraq qoşunlarını məğlub edərək Küveytdən çıxmağa məcbur etdi.

Bundan hiddətlənən və əlindən başqa bir iş gəlməyən Səddam Hüseyn Bağdadın ən bahalı və dəbdəbəli mehmanxanası olan "Ər Rəşid" hotelinin girişinə ABŞ prezidenti Corc Buşun rəsmini həkk etdirdi. Bunu ABŞ dövləti özünə qarşı hörmətsizlik və təhqir kimi qəbul etdi.

20 mart 2003-cü ildə İraqa qarşı başlayan müharibənin yadda qalan anlarından biri də odur ki, hərbi əməliyyata başçılıq edən amerikalı general Tommi Rey Frenk 10 aprel 2003-də Corc Buşa (kiçik) məktubla müraciət edir. General müraciətində ABŞ prezidentinə qarşı edilmiş təhqirə son qoyulduğunu və xüsusi tağım əsgərlərinin çəkic və lomlarla Bağdaddakı "Ər Rəşid" hotelinin girişinə həkk olunmuş Corc Buşun rəsminin çıxarıldığını, söküldüyünü bildirir. Həmin vaxt bu xəbər ABŞ-ın bir çox tanınmış qəzetlərində çap olundu.

Bunları niyə yazdım?

Bakıda olanda bir çox dövlət idarələrinin döşəməsində "gözəllik" üçün bu rəmzlərin həkk olunduğunu, idman meydançalarında oturacaqların üzərində bayrağın rəsm olunduğuna şahid oldum. Bayrağa bürünmək olar, amma onun üzərində oturmaq, onu ayaqlamaq olmaz. Bəlkə bu sayğısızlığa görədir ki, bu günə qədər Qarabağımız işğal altındadır, Xankəndində ücrəngli bayrağımız dalğalanmır. Bu cürmü milli şüura sahibik?

Sonda Türkiyə Cümhuriyyətinin 15-çi ildönümü münasibəti ilə şair Mithat Cemal Kuntayın 1938-ci ildə yazdığı və bayraqlara həsr etdiyi şeri nəzərinizə çatdırıram. Bu şerin sonuncu iki bəndini hər bir Azərbaycan türkü əzbər bilir:

On Beş Yılı karşılarken

Kim derdi yarılsın da nihayet yerin altı,

Bir anda dirilsin de şu milyonla karaltı.

Topraklaşan ellerde birer meşale yansın.

Kim der ki şu milyonla adam birden uyansın.

Kim derdi seher yıldızı doğsun da bir evden,

Kaçsın da cehennemler o bir dalma alevden,

Canlansın ışık selleri olsun da o damla

Beş devletin öldürdüğü devlet bir adamla.

Kim der ki en son rakamlar da delirsin.

On beş asır on beş yılın ebadına girsin.

Dünyaları bir fert evet oynattı yerinden,

Sarsıldı demirler evet azmin demirinden.

Mazi yıkılıp gitti evet fesli, kafesli:

Lâkin bugünün ey granit bünyeli nesli,

Bir şey ele geçmez şerefin sade adından.

Sen arşı bırak, varsa haber ver kanadından.

Gökten ne çıkar? Gök ha büyükmüş ha değilmiş,

Sen alnını göster ne kadar yükselebilmiş.

Gökler çıkabildin, uçabildinse derindir,

Tarihi kendin yazıyorsan, eserindir.

Bahsetme bugün sade dünün mucizesinden,

İnsan utanır sonra yarın kendi sesinden.

Asrın yaşamak hakkını vermez sana kimse;

Sen asrını üstünde izin varsa benimse;

Bayrakları bayrak yapan üstündeki kandır

Toprak, eğer uğrunda ölen varsa vatandır.

Bir daha Bayraq bayramınız mübarək olsun!

Əli-İsa Dəmirov

Kiyev, 09 noyabr 2013.

Tarix
2013.11.10 / 21:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla