Yuxarı

Üç imzalı Xalid Kazımlı - 48

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir çoxlarının Samir Sarı, Tuncər kimi tanıdığı – hələ, bəlli olan, tanınan, amma tanınmayan, bir qucaq "növbətçi" imzalarla bəzən xəbərlərin əziyyətini çəkən tanınmış köşə yazarı, "Musavat.com"un redaktoru Xalid Kazımlının bu gün 48 yaşı tamam olur.

Doğum günündə həmkarımızı telefon vasitəsilə təbrik etdik - xəbər "qaçır", nə onun vaxtı var, nə bizim.

Maraqlı bir statistika da düşür bu ilə. Xalid bəy 48 illik ömrünün tam 20 ilini "Yeni Müsavata" verib:

"Mən həmişə köşələrimdə və yazılarımda bir dəst-xətt tutmuşam. Bu gün də o üslub və dəst-xətt davam edir. İllər dəyişsə də, nə özüm dəyişmişəm, nə yazılarım. Çalışıram ki, oxucuların daha çox marağına və diqqətinə səbəb olacaq yazılar yazım".

Ad günündə onu üzəcək bir şey də baş verir həyatında. "Yeni Müsavat" qəzetinin dayanmaq təhlükəsi ilə üz-üzə olması Xalid Kazımlını çox narahat edir: "Belə hallarla çox üzləşmişik, dəfələrlə qəzetimizin bağlanma təhlükəsi yaranıb. Amma var gücümüzü ortaya qoyaraq bunun qarşısını almağa çalışmışıq. İndiki durumumuz isə daha acınacaqlıdı. Bir şeyi də qeyd edim ki, bu gün insanlar qəzetdən çox, saytdan xəbər oxumağa üstünlük verirlər. Bu gün "Musavat.com" ölkədə ən çox oxunan portaldır. Bu, bizi az da olsa, sevindirir".

"Axar.az" kollektivi olaraq bir daha həmkarımızı təbrik edirik!

Tarix
2013.11.11 / 13:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

5 gündür susan Makron barmaqlamağa başladı...

Japarov Bakıda: Mühüm iclas başladı

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

Bakı İrəvanı ağıllandırır: simvolik günlərdən biri də silinir

Japarovun rəsmi qarşılanma mərasimi...

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

Japarov Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla