Yuxarı

Lənkəranda narkobaron qadın tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran polisi narkotiklərin qanunsuz dövriyyəsilə məşğul olan şəxsi zərərsizləşdirməyə nail olub.

"Axar.az"ın ANS PRESS-ə istinadən məlumatına görə, aparılan əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini Zəmanət Sahib qızı Həşimovanın üzərindən 720 qrama yaxın narkotik vasitə olan heron aşkar edilərək götürülüb.

Əməliyyat Lənkəran şəhəri Ləvəngi dairəsində keçirilib. Keçirilən əməliyyat tədbiri zamanı Bakı şəhər sakini 50 yaşlı Zəmanət Sahib qızı Həşimovanın üzərinə baxış keçirilərkən əlində olan torbanın içərisində 4 ədəd sarıkök salafanında narkotik vasitə olan heroin aşkarlanıb.

Əməliyyatda iştirak edən baş müstəntiq Famil Həsənovun verdiyi məlumata görə, qadının üzərində 720 qram çəkidə külli miqdarda narkotik vasitə aşkar edilib:

"Həmin şəxs şübhəli şəxs qismində tutulub. Onun barəsində Lənkəran rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Vətəndaş Həşimovanın deməsinə görə, əvvəllər də narkotik maddələrin qanunsuz dövriyyəsilə məşğul olduğu üçün bir dəfə məhkumluq həyatı yaşayıb".

İlkin istintaqa ifadəsində qadın həmin narkotik vasitəni tanımadığı İran İslam Respublikası vətəndaşndan aldığını bildirib.

Faktla bağlı Lənkəran şəhər polis şöbəsində cinayət işi başlanıb, istintaq aparılır.

Tarix
2013.11.11 / 14:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla