Yuxarı

Çovdarovun mənə 500 min borcu var - Məhkəmə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Sabunçu rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi prosesdə zərərçəkmiş Zakir Bədəlovun epizodu üzrə şahid qismində Zakir Mustafayev ifadə verib.

Məlumat üçün bildirək ki, Zakir Bədəlov Gürcüstanda anadan olub və 1990-cı ildən Azərbaycanda yaşayıb. 2010-cu il aprel ayının sonları, may ayının əvvəllərində qonşusu Tofiq Əliyev ona MTN-in əməkdaşı Səlim adlı şəxs tərəfindən axtarıldığını deyib. Səlim adlı şəxsin mobil telefon nömrəsini ona verib.

Bundan sonra o, Səlim adlı şəxslə mobil telefon əlaqəsi saxlayıb. Səlimlə birlikdə MTN-də Akif Çovdarovun otağına daxil olub. Akif Çovdarov ondan Zakir Mustafayevə 200 min ABŞ dolları borclu olduğunu, pulu qaytarmayacağı təqdirdə əcnəbi kimi qeydiyyata aldıraraq Gürcüstana deportasiya etdirəcəyini, Gürcüstanda isə onu həbs edəcəklərini bildirib.

Zakir Bədəlov Akif Çovdarovla razılaşmayıb. Bu səbəbdən Akif Çovdarov onun şəxsiyyət vəsiqəsini alıb. Zakir Bədəlova hədə-qorxu gələrək, pulunu ələ keçirib.

İş üzrə şahid Zakir Mustafayev bildirib ki, Akif Çovdarovla şəxsi tanışlığı olmayıb. Onu sadəcə gürcüstanlı kimi tanıyıb: “Akif Çovdarovu yerlim kimi tanımışam. Lakin Zakir Bədəlovun mənə borcu olması haqqında onunla görüşməmişəm və pulumu Zakir Bədəlovdan almasına kömək göstərməsini xahiş etməmişəm”.

Zakir Mustafayev Zakir Bədəlovun ona 500 min dollar borcu olduğunu deyib. Şahidin sözlərinə görə, Zakir Bədəlov həmin puldan 270 min dollar qaytarıb.

Zakir Mustafayev pul məsələsinə görə Zakir Bədəlova silahla hədə-qorxu gəlməsi haqda deyilənlərin də doğru olmadığını söyləyib. Akif Çovdarov da məhkəmədə Zakir Mustafayevi tanımadığını və onunla görüşmədiyini deyib.

Proses günün ikinci yarısında davam edəcək.

Tarix
2017.02.13 / 15:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla