Yuxarı

Cocuq Mərcanlıda 120 qəlpə aşkarlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıb.

Axar.az xəbər verir ki, Cocuq Mərcanlı kəndində gün ərzində kəndə çəkilməsi nəzərdə tutulan avtomobil yolunun 3 300 kv.m ərazisi yoxlanılıb, 120 ədəd qəlpə aşkar edilib.

Mina və partlamamış hərbi sursat aşkar edilməyib. Ümumiyyətlə, 16 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 23 evə, yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib, 5 ədəd partlamamış hərbi sursat (3 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832) və 2 ədəd 120 mm-lik minaatan mərmisi (OF-843)) aşkar olunaraq zərərsizləşdirilib. 108 566 kv.m ərazi (46 066 kv.m ərazi əl ilə və 62 500 kv.m ərazi mexaniki üsulla) yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Tarix
2017.02.19 / 19:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla