Yuxarı

Bakı İrəvanı 20 dəfə üstələyib - Hesabat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2012-2016-cı illərdə dünyanın ən böyük silah idxalatçıları Asiya və Okeaniya ölkələri olublar.

Axar.az xəbər verir ki, bu barədə informasiya Stokholm Sülh Problemlərinin Beynəlxalq Tədqiqatı İnstitutunun (SİPRİ) hesabatında yer alıb. Onlar dünyanın ümumi silah idxalatının 43%-nə sahiblik ediblər. Ondan sonrakı yerləri isə Yaxın Şərq (29%), Avropa (11%), Cənubi və Şimali Amerika (8,6%) və Afrika (8,1%) tutub.

Hesabatda ən maraqlı məqam Asiya, Okeaniya və Yaxın Şərqdə silah idxalının son 10 ildə kəskin artmasıdır. Bu regionlardan fərqli olaraq Avropa, Şimali və Cənubi Amerika, eləcə də Afrikada silah idxalatı kəskin azalıb.

Son 5 ildə dünyanın ən böyük silah idxal edən ölkələr sırasına Hindistan (ümumi idxalatın 13%-i) rəhbərlik edib. Ondan sonrakı yerləri isə Səudiyyə Ərəbistanı (8,2%), Birləşmiş Ərəb Əmirlikləri (4,6%), Çin (4,5%) və Əlcəzair (3,7%) tutublar. Onlar hamısı birgə dünyanın ümumi idxalatının 34%-ni təşkil ediblər.

Hesabatın əhatə etdiyi dövrdə Azərbaycanın Ermənistandan 20 dəfə çox silah aldığı da bildirilib.

Tarix
2017.02.20 / 10:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla