Yuxarı

FHN təlimləri başa çatdı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) və Avstriya Respublikası Federal Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq çərçivəsində fevralın 12-dən etibarən Qəbələ rayonu ərazisində qar uçqunlarında axtarış-xilasetmə, həmçinin xizəksürmə hazırlığı üzrə keçirilən təlimlər fevralın 19-da başa çatıb.

FHN-dən Axar.az-a bildirilib ki, təlimlərə FHN-in Şimal-qərb Regional Mərkəzinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib.

Təlimlər nəzəri və praktiki məşğələlərdən ibarət olub. Məşğələlərdə şəxsi heyətə qar uçqunu altında qalanların axtarışı və xilas edilməsi zamanı xüsusi vasitələrin tətbiqi, ekstremal şəraitdə davranış qaydaları, səmti müəyyən etmə, dağ relyeflərində xizəksürmə və xəsarət alanların daşınması tədris edilib.

Təlimlər zamanı Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji taborunun kinoloqları və xüsusi təlim keçmiş itləri də qar uçqunu altında qalanların axtarışı və xilas edilməsinə cəlb olunub.

Sonda nazirliyin Aparatının əməkdaşları və avstriyalı mütəxəssislər tərəfindən xilasedicilərə tədris olunmuş mövzular üzrə nəzəri və praktiki imtahanlar keçirilib və onlara sertifikatlar təqdim edilib.

Tarix
2017.02.20 / 13:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla