Yuxarı

Masallı-Yardımlı yolunda torpaq sürüşməsi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İntensiv yağıntılardan sonra Masallı-Yardımlı yolunda torpaq sürüşməsi aktivləşib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, sürüşmə hadisəsi Masallı-Yardımlı yolunun Yardımlı rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, yolun 35 km-də, uzunluğu 48, eni 6 metr olan yol, 1 metr dərinlikdə çöküb. Dərhal əraziyə 51 nömrəli yol-istismar idarəsinin 4 ədəd ağır texnikası və canlı qüvvəsi cəlb olunub. Yolun bağlı qalmaması üçün əraziyə qum və çınqıl daşınaraq bərkitmə işlərinə başlanılıb.

Qısa zamanda çökən ərazidə bərpa işləri aparılaraq avtomobillərin gediş-gəlişi təmin edilib. Yolun tam bərkidilərək genişləndirilməsi bir neçə gün davam etdiriləcək, bunadək ərazi nəzarətdə saxlanılacaq.

Tarix
2017.02.21 / 00:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla