Yuxarı

Dövlət Komissiyası 179 naməlum şəhid qəbri tapdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş şəxslər barədə məlumatların toplanması ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ciddi iş aparır. Bu çərçivədə naməlum məzarların müəyyənləşdirilməsi vacib əhəmiyyət kəsb edir.

Teleqraf.com xəbər verir ki, bunu Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilmiş “Xocalı faciəsi: unudulmayan tarix və günahsız uşaqlar” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, Dövlət Komissiyası Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsi və ətrafda olan 7 rayonda araşdırma apara bilmir: “Komissiya tərəfindən işğal edilimiş ərazilərdən kənarda aparılmış araşdırmalar nəticəsində 179 naməlum şəhid məzarı müəyyənləşib və GPS koordinotları çıxarılıb.

Əldə edilən məlumatlara əsasən, həmin məzarlardan 3-ü naməlum şəkildə dəfn edilmiş uşaqlara aiddir. Gələcəkdə bütün məzarlarda, o cümlədən uşaqlara aid məzarlarda ekskumasiya işi aparılacaq”.

İşçi qrupun rəhbəri qeyd edib ki, komissiyaya əsir və itkin düşən şəxslərlə bağlı bu gün də müraciətlər daxil olur və onların çoxu həmin dövrdə uşaq olan şəxslərdir. “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 3868 itkin düşmüş şəxsin adı var, onlardan 62 nəfəri uşaqdır.

1437 nəfər isə əsir və girovluqdan azad olmuş şəxs qeydiyyata alınıb, onlardan 201 nəfəri uşaqdır. Ermənilər tərəfindən əsir və girov götürülməsi barədə 873 nəfər, eyni zamanda 29 uşaq barədə məlumat daxil olsa da, qarşı tərəf bunu inkar edir və onların taleyi barədə məlumat vermir”.

Tarix
2017.02.24 / 14:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla