Yuxarı

DTX əməliyyat keçirdi: Həbslər var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşları Əmiri Elşən Məcid oğlu və Babayev Elçin Tacir oğlunun casusluq formasında dövlətə xəyanət etmələrinə əsaslı şübhələr müəyyən edilib.

DTX-dən Axar.az-a verilən məlumata görə, xarici ölkə ərazisində xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən yazılı iltizamla məxfi əməkdaşlığa cəlb edilmiş Elşən Əmirinin və Elçin Babayevin 2016-cı ilin yanvar ayından etibarən həmin orqan tərəfindən verilən tapşırıqlar əsasında Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarının məxfi heyətinə daxil olan əməkdaşları, Müdafiə Nazirliyinin hərbi hissələri, onların döyüş potensialı, eləcə də strateji əhəmiyyətli dövlət obyektləri barəsində məlumatlar toplanılması istiqamətində fəaliyyətləri kompleks əməliyyat nəzarətinə götürülərək sənədləşdirilib.

2017-cil fevralın 20-də Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti tərəfindən birgə həyata keçirilmiş tədbirlər nəticəsində Elşən Əmiri və Elçin Babayev casusluq fəaliyyətlərinin nəticəsi olan maddi sübutlarla şübhəli şəxs qismində tutularaq cinayətin qarşısı alınıb. Elşən Əmiri və Elçin Babayev Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Tarix
2017.02.24 / 15:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla