Yuxarı

O, Sərkisyan əleyhinə imza atmayıb?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan mətbuatı ötən gün yaydığı “Sərkisyanın əleyhinə imza atmaqdan imtina edən QHT sədrləri” başlıqlı yazıda mənim adımı da hallandırılıb, həm də belə bir cümlədən sonra: “Ermənilərin müraciətinə imza atanlar bu gün Sərkisyanın əleyhinə imza atmaqdan imtina ediblər”.

Axar.az xəbər verir ki, bu sözlər Ermənistan Prezidenti Serj Sərkisyanın əleyhinə imza atmaqdan imtina edən QHT sədrlərinin sırasında adı hallanan iqtisadçı Kənan Aslanlının açıqlamasında yer alıb. K.Aslanlı heç bir QHT ilə bağlı olmadığını bildirib:

“Rəsmən bildirmək istəyirəm ki, mən - iqtisadçı Kənan Aslanlı heç bir yerli QHT-nin rəhbəri və işçisi deyiləm. Heç bir erməni müraciətinə heç zaman imza atmamışam. Bunlar hamısı səbəbini bilmədiyim çirkin iftiradan başqa bir şey deyil və bütün bu ittihamları qətiyyətlə rədd edirəm.

Ümumiyyətlə, son bir neçə ildir yerli QHT-lərin və onların alyanslarının (o cümlədən, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan Milli Platformasının) tədbirlərində aktiv iştirak edə bilmirəm. Email yazışmalarını diqqətlə izləməyə də, təəssüf ki, vaxt baxımından imkanım olmur. Milli məsələlərdə prinsipal mövqeyim də məni tanıyan hər kəsə bəllidir”.

Qeyd edək ki, ötən gün BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu üzvləri adından Sərksiyanla bağlı Avropa İttifaqının rəhbərliyinə ünvanlanan müraciətə QHT rəhbərləri İntiqam Əliyev, Rəsul Cəfərov, Anar Məmmədli, Kənan Aslanlı, İlqar Həsənli, Aytəkin Əsgərova, Leyla Əliyeva, Arzu Abdullayeva, Eldar Zeynalov, Nəzakət Ağayeva, İlqar İbrahimoğlu, Zöhrab İsmayılın imza atmadığını bildirib.

Tarix
2017.02.24 / 16:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Müharibə iştirakçılarının müavinətləri bu qədər olacaq

İrəvanda təlaş: Azərbaycan bu əraziləri götürəcək

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki...

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

Bayramov Özbəkistan prezidenti ilə görüşdü

Əziz Mariya, müttəfiq belə olur - Melkonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla